Yüksək akademik göstəricisi olan daha 25 tələbə ATU-da dövlət sifarişi əsasında təhsil alacaq
24.02.2023 15:32

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli 2022-2023-cü tədris ilində dövlət sifarişi üzrə boş qalan yerlərə keçən tələbələrlə görüşüb.

ATU-dan Aztibb.az-a bildirilib ki, son illər universitetdə ödənişli əsaslarla müxtəlif kurslar üzrə təhsil alan tələbələrin bir qisminin dövlət hesabına təhsil almalarına imkan yaradılır. Bu il də akademik göstəriciləri yüksək olan daha 25 tələbə ödənişli əsaslarla təhsildən, dövlət sifarişi əsasında təhsil formasına keçirilib.

 

Görüşdə professor G.Gəraybəyli yüksək akademik göstəricisi olan tələbələri təbrik edib. Rektor bildirib ki, dövlət sifarişi əsasında təhsil ailələrin maddi yükünü azaldır, tələbənin təhsilə marağını daha da stimullaşdırır.

 

O, hazırda ATU-da tələbələrin 80 %-inin dövlət hesabına, 20%-inin isə ödənişli əsaslarla təhsil aldığını diqqətə çatdırıb. Qeyd edib ki, dövlət sifarişi əsasında təhsil alan tələbələr arasında müxtəlif səbəblərdən təhsilini saxlayanlar olur. Səhiyyə Nazirliyi və Elm və Təhsi Nazirliyi arasında qarşılıqlı razılığa əsasən boş qalan yerlərə ödənişli əsaslarla oxuyan tələbələrin arasından ən yaxşı akademik nəticəsi olanlar keçirilir. Bu il də tam şəffaf formada aparılan müsabiqə prosesi nəticəsində 25 tələbənin dövlət sifarişi əsasında təhsil formasına keçirilməsi baş tutub”.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub