“Ürək tamponadası və ağciyər arteriyasının tromboemboliyası ağciyər adenokarsinomasının ilkin təzahürləri kimi” adlı seminar keçirilib
25.02.2023 09:46
ATU-nun Tədris Terapevtik Klinikasında rezidentlər üçün növbəti ənənəvi seminar keçirilib. Seminarın bu dəfəki mövzusu “Ürək tamponadası və ağciyər arteriyasının tromboemboliyası ağciyər adenokarsinomasının ilkin təzahürləri kimi” olub.
 
Bu barədə Aztibb.az-a Tədris Terapevtik Klinikasından məlumat verilib.
 
Tədbirdə məruzə ilə çıxış edən Terapiya şöbəsinin həkim-rezidenti Nailə Əsədullayeva klinikaya müraciət edən və müalicə alan 55 yaşlı qadın xəstənin analizlərinin nəticələri, onların təhlili və müalicəsi haqqında ətraflı məlumat verib.
 
Həkim bildirib ki, xəstə ağır təngənəfəslik, subfebril bədən hərarəti, halsızlıq, iştahanın azalması şikayətləri ilə klinikaya daxil olub. O, özünü pis hiss edərək ürək tamponadası (perikard boşluğunda qan və ya digər mayenin yığılması səbəbindən kəskin ürək çatışmazlığı) diaqnozu ilə təcili xəstəxanaya yerləşdirilib, xəstədə perikardiosentez (perikard boşluğunun punksiyası) aparılıb.
 
Pasiyentin analiz nəticələrinin təhlilindən danışan məruzəçi qeyd edib ki, klinik qan testində leykositoz, neytrofiliya, biokimyəvi qan testində CRP, B 12 vit və D-dimer çox yüksəlmiş, ağciyərlərin KT angioqrafiyasında-plevral maye, ağciyər arteriyasının tromboemboliyası (böyük qan dövranı venalarında və ya sağ mədəcik boşluğunda yaranan, qan axını vasitəsilə kiçik qan dövranına gətirilən tromb hissəcikləri tərəfindən ağciyər arteriya kökünün və ya mənfəzinin tutulması) aşkar olunub, EXOKQ-da perikardial maye AF(atım fraksiyası) 45-48% olub.
 
N. Əsədullayeva qeyd edib ki, daha sonra xəstəyə simptomatik, etiotrop və patogenetik terapiya təyin olunub, müalicə fonunda xəstənin vəziyyəti yaxşılaşıb. Döş qəfəsinin venadaxili kontrastlı KT kontrolda ağciyərin şişi və mediasternal limfa düyünlərinin böyüməsi müşahidə olunub, biopsiyaya əsasən ağciyərlərin adenokarsinoması (bronxial divarın vəzi epitelindən əmələ gələn bədxassəli yenitörəmə) aşkar edilib. Xəstə onkoloqa göndərilib və nəzərəçarpacaq müsbət effekt verən "ağıllı dərmanlarla" (xüsusi hədəf molekulların təsir mexanizminə müdaxilə edərək xərçəng hüceyrələrinin böyüməsinə maneə törədən molekulyar- hədəflənmiş terapiya növü) müalicə olunub.
 
Sonda Nailə Əsədullayeva məruzəyə dair sualları cavablandırıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır