İnfeksion və qeyri-infeksion hepatitlərin diaqnostikasına həsr olunan konfrans keçiriləcək
21.02.2023 09:26

Martın 6-da Bakıda “İnfeksion və qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. 

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, tədbirdə “İnfeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” və  “Qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” başlıqlı 2 paneldə müvafiq sahənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən ümumilikdə 8 məruzə təqdim olunacaq. 

 

Beynəlxlaq tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin,  “Azərbaycan İnfeksion Xəstəlikləri və Kliniki Mikrobiologiya Cəmiyyəti”nin və Materia Medica şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Hər kəs üçün əlçatanlığı təmin etmək məqsədilə konfrans hibrid formatda keçiriləcək. Belə ki, tədbir 14:00-dan 18:00-dək əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə "ZOOM" platforması üzərindən həyata keçiriləcək. Proqrama uyğun olaraq konfrans ümumi cərrah, terapevt, qastroenteroloq, toksikoloq, infeksionist və laborant ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.

 

Konfransda iştirak ödənişsizdir! Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!

 

Proqramla tanış olmaq üçün link: https://customshospital.az/06-mart-infeksion-ve-qeyri-infeksion-hepatitlerin-mualice-ve-diaqnostikasina-muasir-yanasma/#gsc.tab=0 

 

Qeydiyyat linki: https://forms.gle/GyQh3hmk594yu9cEA

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır