"Ürəyinizi qoruyun" mobil tətbiqi
17.02.2023 11:16

"Ürəyinizi qoruyun" mobil əlavəsinin köməyi ilə ürəyinizin sağlamlığını daim nəzarətdə saxlaya, ürək-damar xəstəliklərinin əsas risk faktorları, streslə mübarizə metodları və digər faydalı materiallarla tanış ola bilərsiniz.

Aztibb.az İctimai Səhiyyə və İslahatlar Mərkəzinə istinadən xəbər verir ki, əlavədə “Dərmanların vaxtında qəbulu üçün yaddaş”, “Qan təzyiqi və nəbzin ölçülməsi” bölmələri həkiminizin təyin etdiyi dərmanların vaxtında qəbulunu sizə xatırladacaq. Siz sağlamlığınızla bağlı vacib göstəriciləri (arterial təzyiq və nəbz) dərhal qeyd edərək gün və ya həftə ərzində toplayıb mobil cihaz vasitəsilə həkiminizin elektron ünvanına cədvəl şəklində göndərə bilərsiniz.

“Ürəyinizi qoruyun” mobil əlavəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılıb.

Daha ətraflı: https://isim.az/az/pages/46-Mobil-elaveler

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib