Ali Baş Komandanımız və Azərbaycan Ordusu xalqımızın qələbə salnaməsini yazır
05.10.2020 22:18

Otuz il ərzində torpaqlarına həsrət qalmış Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparır. Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etmək üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır. Bu, onun haqq işidir. Bəzi dövlətlər və bir sıra beynəlxalq qurumlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar edirlər. Son iki ildə Azərbaycan Prezidenti İlham Əliyev bu ölkələrin diqqətinə çatdırırdı ki, Paşinyan hökuməti danışıqlardan imtina edir. Nəticə isə göz qabağındadır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evə və mülki obyektə ciddi ziyan dəyib. Həlak olanların arasında məktəbli uşaqların, yaşlı insanların olması bizi xüsusilə narahat edir.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov bildirib.

 

Komitə sədri diqqətə çatdırıb ki, dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir şəraitdə Ermənistan dövlətinin beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyi ciddi təəssüf və narahatlıq doğurur. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını kobud şəkildə pozaraq regionda daha təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli, Ermənistanın təcavüzü dərhal dayandırılmalıdır.

 

Akademik deyib: “Ermənistan hökumətinin işğalçı siyasətinə qarşı Azərbaycan Ordusu öz torpaqları uğrunda son damla qanına kimi vuruşmağa hazırdır. Buna görə də bütün Azərbaycan müharibənin başlanmasına sevinir, çünki haqlı olduğunu bilir. Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən ermənilər hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraqlarını da döyüş meydanında qoyub qaçırlar. Haqq işi uğrunda mübarizəyə qalxmış Azərbaycan fikrini dəyişmək fikrində deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 3-də “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə və oktyabrın 4-də Azərbaycan xalqına müraciətində öz siyasətində və bugünkü mövqeyində dönməz olduğunu bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı bildirdi ki, “Bizi döyüşləri dayandırmağa, yenidən mənasız sülh danışıqlarına cəlb etməyə çalışan dövlətlərə üz tutaraq bildirirəm ki, qoy Paşinyan etiraf etsin ki, Qarabağ Ermənistan deyil, eyni zamanda, Azərbaycan xalqından üzr istəsin. Bundan sonra bizim şərtlərimizlə döyüşləri dayandırmaq mümkündür”.

 

“Azərbaycan Prezidentinin dönməz mövqeyi döyüşçülərimizin əzmini daha da artırır. Ali Baş Komandanımızın Ordumuzun daha bir qələbəsini elan etməsi - “Madagiz azad edildi. Bayrağımız Madagizdə dalğalanır və onun tarixi adı bərpa edildi: Suqovuşan. Rəşadətli ordumuz Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdi. Qarabağ Azərbaycandır!” bəyanatları Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir”,- deyə Əhliman Əmiraslanov bildirib.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
“Həkimlərimizi tanıyaq!
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib