Bakıda uzunömürlülük üzrə beynəlxalq konqres və sərgi keçiriləcək  
16.02.2023 16:18
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə martın 16-17-də uzunömürlülük üzrə beynəlxalq konqres və sərgi keçiriləcək.
 
TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, konqres müasir dünyada insanların həyat keyfiyyətini yaxşılaşdıraraq daha uzun ömür və xoşbəxt yaşamağı özündə ehtiva edir.
 
Baku Marriott Hotel Boulevard-da baş tutacaq tədbirdə ginekologiya, nutrisiologiya, endokrinologiya, kosmetologiya sahələri üzrə dünyanın tanınmış spikerləri innovativ metodlarla çıxış edəcəklər.
 
Konqresdə çıxış edənlər sırasında endokrinoloq Tyeri Ertoq, detoks proqramları üçün dünya mükafatlarını qazanan Aleks Vitasek, yaşlanma prosesini dayandırmaq üçün dünyada ilk dəfə öz genomunu dəyişdirən Elizabet Periş, inteqrativ fərdiləşdirilmiş təbabətin ideoloqlarından olan Kris Mor, "Uzunömürlülüyün Yol Xəritəsi" bestsellerinin müəllifi və Avropa Uzunömürlülük Universitetinin qurucusu Yuliya Yusipova da yer alacaqlar. Yaşlanma əleyhinə təbabətdə bioidentik qranullar, kök hüceyrə terapiyası, gen terapiyası və sş mövzular da konqresin gündəliyinə salınıb.
 
"Viva La Vida" adlanan beynəlxalq konqres və sərgidə iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan (vivalavidacongress.com) keçmək lazımdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır