“Azərbaycan-Türkiyə Kolorektal Cərrahiyyə Günləri” mövzusunda beynəlxalq elmi konqres keçiriləcək
13.02.2023 15:16
18-19 fevral 2023-cü il tarixlərində Bakıda “Azərbaycan-Türkiyə Kolorektal Cərrahiyyə Günləri” mövzusunda beynəlxalq elmi konqres keçiriləcək.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.
 
Bildirilib ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyi”nin və “Türkiyə Kolon və Rektum Cərrahi Dərnəyi”nin birgə təşkilatçılığı ilə baş tutacaq.
 
Konqresdə Azərbaycan və Türkiyənin qabaqcıl özəl, dövlət və universitet xəstəxanalarının professor heyəti tərəfindən ümumilikdə 8 paneldə 23 məruzənin dinlənilməsi nəzərdə tutulur. Beynəlxalq tədbirin həm dinləyicilər, həm də məruzəçilər arasında interaktiv müzakirələr şəklində həyata keçirilməsi planlaşdırılır.
 
Proqrama uyğun olaraq konqres radioloq, terapevt, pediatr, ümumi cərrah, uşaq cərrahı, qastroenteroloq, şüa diaqnostikası üzrə həkim, təcili və təxirəsalınmaz tibbi yardım həkimi, eləcə də onkoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.
 
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 10 DTT balı və sertifikat veriləcək.
 
Konfransda iştirak ödənişlidir! Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!
 
Qeydiyyat üçün (099) 885-23-06 və (099) 885-23-07 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır