“Ortopedik stomatologiya. İmplantüstü protezlər” dərsliyi ingilis və rus dillərinə tərcümə olunub  
06.02.2023 09:58

ATU-nun Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov və kafedranın assistenti Rüfət Hüseynlinin həmmüəllifliyi ilə işıq üzü görən “Ortopedik stomatologiya. İmplantüstü protezlər” dərsliyinin ingilis və rus dilinə tərcümələrinin təqdimatı olub.

 

Universtetin mətbuat xidmətindən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə çıxış edən professor Nazim Pənahov kitabın 3 dildə təqdim olunmasından məmnunluğunu bildirib. Qeyd edib ki, dərslik uyğun fənnin müasir və beynəlxalq tədrisdə qəbul edilmiş bölmələri tam əhatə edən15 fəsildən ibarətdir: "Kitabımızın Azərbaycan dilində nəşri Vətən müharibəsinin ildönümü günlərinə təsadüf etdiyindən, biz müəlliflər onu şəhidlik zirvəsinə ucalmış bütün tibb işçilərinin əziz xatirəsinə ithaf etmişik”.

 

Sonra Şuşanın azad olunması haqda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi çıxışı və ecazkar Azərbaycan musiqisinin müşayiətilə şəhid tibb işçilərinin fotolarından ibarət video-çarx nümayiş olunub.

 

Kitabın həmmüəllifi Rüfət Hüseynli dərsliyi hazırlayarkən apardıqları araşdırmalarla bağlı iştirakçılara məlumat verib.

 

Tədbirdə çıxış edənlərdən ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Almaniyanın Medentis şirkətinin Şərqi Avropa ölkələri üzrə təmsilçisi Sebastian Herdt, Ortopedik stomatologiya kafedrasının məsləhətçi-professoru Zöhrab Qarayev, universitetin Tədris Stomatoloji Klinikasının direktoru, t.ü.f.d. Mahir Səfərov, Azərbaycan İmplantoloqlar İctimai Birliyinin sədri, t.ü.f.d. Cabbar Həsənov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının professoru Afət Ağazadə, ATU-nun Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov, RealDent şirkətinin icraçı direktoru Emin Kərimov kitabla bağlı fikirlərini bölüşüblər. 

 

Tədbir ATU-nun rezidentləri üçün təşkil edilən və dental implantologiyanın müasir problemlərinin həllinə həsr olunan mühazirələrlə davam edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar