“II Beynəlxalq Pediatriya, Uşaq Cərrahiyyəsi və Tibb bacıları” konqresinə tezis və məqalə qəbulu davam edir
25.01.2023 15:53
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun 2023-cü ilin aprel ayında keçiriləcək “II Beynəlxalq Pediatriya, Uşaq Cərrahiyyəsi və Tibb bacıları” konqresinə tezis və məqalə qəbulu davam edir.
İnstitutdan Aztibb.az-a bildirilib ki, təqdim olunan işlərə konqresin Elmi Komitəsi tərəfindən baxılacaq və yekun qərar elan ediləcək.
Tezis və məqalələr aşağıdakı formatda olmalıdır:
Məqalələrin həcmi 5, tezislər isə 2 səhifədən artıq olmamalıdır (Times New Roman şriftin ölçüsü 12 pt, sətirarası məsafə 1,5 interval);
Əvvəlcə baş hərflərlə təqdim olunan işin adı verilməli, sonrakı sətirdə tam şəkildə müəllifin adı, soyadı, açar sözlər (3-dən artıq olmamaq şərtilə) yazılmalıdır;
İşlər ardıcıl olaraq giriş, tədqiqatın məqsədi, material və metodlar, tədqiqatın nəticələri və yekun hissələrdən ibarət olmalıdır;
İşlər Azərbaycan, türk, rus və ingilis dillərində yazıla bilər;
Elmi məqalələrdə qısa, işin əsas məzmununu əks etdirən (işin məqsədi, material/xəstələr, nəticələr), 4-5 açar sözdən ibarət Azərbaycan, rus və ingilis dillərində xülasə göstərilməlidir. Xülasə abzas olmadan, 100-250 sözdən ibarət olmalıdır.
Məqalələrdə ədəbiyyat siyahısı aşağıdakı qaydada tərtib olunmalıdır:
1) Siyahıdakı ardıcıllıq əlifba sırası ilə deyil, mətndə olan istinadlara uyğun ardıcıllıqla, kvadrat mötərizədə olmalıdır;
2) İstinad edilən mənbələr son 10-15 ildə dərc olunmuş, sayı 12-15-dən artıq olmamalıdır;
3) Ədəbiyyat siyahısı orijinalda olduğu kimi göstərilir.
Aşağıdakı linkə keçid etməklə təqdimetmə formasını doldura bilərsiniz:
Məqalə və tezisləri s.nesirova@etpi.az ünvanına göndərə bilərsiniz.
Bu bölməyə aid digər xəbərlər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının 100 illik yubileyi qeyd olunacaq
15.10.2026 | 09:09
İctimai səhiyyə fakültəsinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
14.10.2026 | 14:07
ATU-da elmi tədqiqatların yeni imkanları: Süni intellekt və data-analitikası müzakirə olunacaq
14.10.2026 | 10:14
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcək
13.10.2026 | 13:33
Bakıda “Ürək transplantasiyası həftəsi” keçiriləcək
13.10.2026 | 10:46
ATU-nun Elmi Araşdırmalar Mərkəzində kök hüceyrələrə həsr olunan seminar keçiriləcək
12.10.2026 | 10:03
ATU-da elmi tədqiqatların yeni imkanları: süni intellekt və data-analitikası müzakirə olunacaq
10.10.2026 | 11:54
Tibbi tədqiqatların yeni üfüqləri: Data-analitika və süni intellekt
08.10.2026 | 11:20
Koreya Respublikasında “2026 – Ənənəvi Koreya Təbabəti Siyasəti” adlı təlim proqramı keçiriləcək
07.10.2026 | 17:49
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

