Səhiyyə Nazirliyi xarici ölkələrdə klinik ordinatura təhsili almış şəxslərin imtahanlarının mərhələli şəkildə keçirilməsinə başlayıb
25.01.2023 12:15

2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq 29.04.2022-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə” əmr imzalanıb. Həmin əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13.06.2022-ci il tarixli qərarı ilə “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi Qaydası” təsdiq olunub.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, qeyd olunan Əmrə və Qərara əsasən 07.12.2022-ci il tarixinədək Səhiyyə Nazirliyinin rəsmi internet saytının “Elektron Səhiyyə xidmətləri” bölməsində “Namizədin elektron ərizəsi”ni dolduraraq təsdiq etmiş şəxslərin imtahanları mərhələli qaydada həyata keçirilməsinə başlanılıb.

 

İmtahanların ilk mərhələsi 23-24.01.2023-cü il tarixlərində baş tutub. İmtahan nəticələri barədə məlumat namizədlərə elektron kabinet vasitəsilə imtahanın keçirildiyi gün verilib.

 

Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslər imtahanda diplomun etibarlılığı Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən təsdiq edildikdən sonra iştirak edə bilərlər. Komissiyanın Qərarı ilə imtahana buraxılan şəxslərə buraxılış vərəqəsi verilir. Buraxılış vərəqəsi imtahana ən geci 5 gün qalmış şəxsi kabinet vasitəsilə göndərilir. İmtahanın yeri və ixtisas üzrə keçirilmə tarixi barədə məlumatlar buraxılış vərəqəsində qeyd olunur.

 

İmtahanda iştirak etmək üçün 07.12.2022-ci il tarixinədək qeydiyyatdan keçmiş şəxslərin imtahanları davam etdirilir. İmtahanların birinci mərhələsinə cəlb edilməmiş şəxslər üçün keçiriləcək imtahanların tarixləri barədə əlavə Səhiyyə Nazirliyinin rəsmi internet saytında məlumat veriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır