İstiot nanəsinin biomorfoloji xüsusiyyətləri və tibbi əhəmiyyəti - ELMİ MƏQALƏ
23.01.2023 12:24
AR Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təcrübə sahəsində Mentha Piperita L. – İstiot nanəsi növü toplanmış, laboratoriya şəraitində standartlara uyğun şəkildə qurudulmuşdur. Tədqiq olunan Mentha Piperita L. – İstiot nanəsi növündən yağlar alınmışdır. Növün biomorfoloji xüsusiyyətləri aşkar edilmişdir.
Nanə yarpaqlarında bir sıra bioloji fəal maddələrin kompleksi olduğu üçün o, farmokoloji cəhətdən geniş spektra malikdir. Yarpaqlarından reflektor tac qan damarlarını genişləndirici, sakitləşdirici, spazmolitik, ödqovucu, antiseptik və ağrıkəsici xassəyə malik preparatlar hazırlanır. Nanə yağında olan mentol antiseptik xassəyə malikdir. Yuxarı tənəffüs yolları xəstəliklərində (faringit, laringit, traxeit, zökəm və s.) mentoldan və nanənin digər preparatlarından selikli qişalara yaxmaq üçün, inhalyasiya, eləcə də damcı formasında buruna damızdırmaq üçün işlədilir. Göstərdiyimizdən əlavə mentol karandaşından baş ağrısında, mentolun 2%-li spirtli və ya 10%-li yağda həll edilmiş məhlulundan miqrendə, nevralgiyada və digər nevroloji xəstəliklərdə xaricə sürtmə dərmanı kimi işlədilir. Eləcə də “inqafen” inqalyatorun tərkibində istifadə olunur. Nanənin yarpağı və yağı fitonsid və antiseptik xassəyə malikdir.
İstiot nanəsinin yağında 38-65% mentol olduğundan mentol almaq üçün əsas xammal sayılır. Mentolun 3-5% spirtlə məhlulu, ikinci və üçüncü dərəcəli donmaların müalicəsində işlədilir.
Mentha Piperita L. – İstiotlu nanə növünün tərkibindəki bioloji aktiv maddələri aşkar etmək üçün yarpaq və gövdəsinin ekstraktı hazırlanmış, eyni zamanda alınan efir yağın komponent tərkibi “Kristal” M markalı qaz xromatoqrafiyasında öyrənilmişdir.
Azərbaycanda becərilən nanənin yarpaqlarında 0,5-dən 2,5%-ə qədər efir yağı vardır ki, bunun da tərkibinin çox hissəsini (40-60%-ni) həm sərbəst, həm də valerian və sirkə turşuları ilə mürəkkəb efir şəklində olan mentol spirti təşkil edir. Bundan başqa nanənin efir yağında menton (9-25%), pinen, limonen, puleqon, fellondren, dipenten, sineol və digər terpenlər və terpenlərin törəmələri də vardır. Göstərdiklərimizdən əlavə yarpaqlarında hespiridin, ursol və oleanol turşuları, karotin, aşı maddələri, mikroelementlər və s. tapılmışdır.
İstiotlu nanə yarpağından təkcə tibb sahəsində deyil, kosmetika, aromaterapiya və qida sənayesində də istifadə edilir. Təzə və qurudulmuş yarpaqlarını sup, salat, tərəvəz və ət məhsulları ilə birlikdə qəbul edilməsi məsləhətdir. Çayların tərkibində ödqovucu, tərqovucu kimi, qida, konditer və parfümeriya sənayesində diş pastası və tozu kimi geniş istifadə edilir.
Mentha piperita L. növünün gövdə və yarpaqlarından alınan ekstrakt və yağın komponent tərkibi “Kristal” M markalı qaz xromotoqrafiya üsulu ilə analiz olunmuşdur.
Aparılan elmi tədqiqatlar nəticəsində Mentha piperita L. növünə Abşeron şəraitində aqrotexniki qulluq göstərildiyi zaman inkişafını normal keçirdiyi, becərilməsində xüsusi qayğıya ehtiyac olmadığı müəyyən olunmuşdur. Növün gövdə və yarpaqlarından alınan ekstrakt və efir yağının komponent tərkibi “Kristal” M markalı qaz xromotoqrafiyasında öyrənilmişdir. Araşdırmalar göstərir ki, Mentha piperita L. növündən alınan efir yağı tibbdə, qida sənayesində, kosmetologiya sahəsində, aromaterapiyada istifadə olunması böyük əhəmiyyət kəsb edir. Ona görə ki, efir yağlarının tərkibində olan bioloji aktiv maddələr insanlara müalicəvi, psixoloji cəhətdən müsbət təsir göstərir. Belə ki, çoxsahəli əhəmiyyətə malik olan Mentha piperita L. növünün geniş istifadə olunması məqsədəuyğundur.
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Tofiq Sadiqov
Bu bölməyə aid digər xəbərlər
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır
26.10.2026 | 10:54
Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı
24.10.2026 | 14:04
ATU əməkdaşının tək müəllif kimi hazırladığı elmi məqalə Q1 kateqoriyalı jurnalda dərc olunub
24.10.2026 | 10:50
Azərbaycan dilində müasir dərslik təqdim olunub
09.10.2026 | 10:49
Yeni mühazirə dərsliyi nəşr olunub
01.10.2026 | 16:12
Ölümsüzlük və əbədiyyət
30.09.2026 | 14:32
Elmi anatomiyanın banisi
29.09.2026 | 11:06
ATU-nun həkim-rezidentlərinin həmmüəllif olduğu elmi məqalə beynəlxalq "Rheumatology" jurnalında
27.09.2026 | 17:18
Respublika Klinik Xəstəxanasının həkimlərinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat Q1 kateqoriyalı jurnalda dərc olunub
20.09.2026 | 15:58
ATU əməkdaşı və rezidentinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat Q1 jurnalında dərc olunub
20.09.2026 | 13:47
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38

