COVID-19 xərçəng xəstəliyi yarada bilər? - AÇIQLAMA  
19.07.2020 22:48

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində COVID-19 infeksiyası ilə bağlı maraqlı açıqlamalar verib.

 

Alim “Əsas üç istiqamətdən biri insan orqanizmində oksigen təchizatının sürətlə azalmasıdır. İkinci istiqamət orqanizmin hormonal və immun sistemində pozuntular, üçüncü isə insan hüceyrəsinin genomunda reparasiya və mutasiyaların baş verməsidir. Baş verən mutasiyalar isə gələcəkdə xərçəng xəstəliyinin yaranmasına gətirib çıxara bilər”.

 

Onun sözlərinə görə, boğulmaların əsas səbəbi qanda hemoqlobin zülalının azalmasıdır:

 

“Bilirik ki, orqanizmdə oksigen daşıyıcısı qanın tərkibində olan hemoqlobin zülalıdır. Onun tərkibində dörd dəmir atomu yerləşir. Ağ ciyərlərdə qaz mübadiləsi zamanı karbon qazı xaric olunarkən oksigen dəmir atomlarına birləşir.

 

Virus isə birinci olaraq hemoqlobinin tərkibindəki dəmir atomlarını sıradan çıxarır və nəticədə, porfirin əmələ gəlir. Virusun tərkibində olan müəyyən maddələr porfirin ilə birləşir. Bu vəziyyətdə oksigen hemoqlobinin tərkibində qalan dəmirlə birləşə bilmir. Nəticədə, hemoqlobin oksigeni ağciyərlərdən hüceyrələrə daşıya bilmir və insanda boğulma yaranır.

 

Oksigen orqanlara çatdırıla bilmədiyi üçün insan həyat uğrunda mübarizəsini dayandırır. Xəstələrin bir neçə gün içərisində dünyasını dəyişməsinin əsas səbəbi budur. Sağlam insan olsa da, qısa müddətdə gedən bu proses insanların həyatını itirməsinə səbəb ola bilir”.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib