TƏBİB Tibbi cihaz və avadanlıqlar şöbəsinə vakansiya elan edir! 
19.01.2023 15:25
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Resursların idarə olunması departamentinin Tibbi cihaz və avadanlıqlar şöbəsinə böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
 
TƏBİB üçün uyğun namizəd:
 
• Ali təhsil (Texniki ixtisaslar üzrə magistr dərəcəsi, kompüter sistemləri və proqramlaşdırma, sənayenin təşkili və idarə edilməsi, biznesin idarə edilməsi, menecment, iqtisadiyyat, logistika, statistika, tibb ixtisasları üzrə);
• İxtisası üzrə ən azı 3 il iş təcrübəsi;
• Dil bilikləri (Azərbaycan dili sərbəst, ingilis, türk və rus dilləri yaxşı səviyyədə);
• Kompüter bilikləri (Microsoft Word, Microsoft Outlook, Microsoft Excel və Microsoft Powerpoint proqramları, əməliyyat sistemləri üzrə yüksək bilik səviyyəsi);
• Beynəlxalq təlimlərdə iştirak arzu olunandır;
• Peşə və ixtisası üzrə geniş nəzəri və praktiki biliyə sahib olması;
• Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq, nəticə, işə planlı yanaşma;
• Sərbəst ünsiyyət və sənədlərlə iş bacarığı;
• Kollektiv ilə işləmək bacarığı.
 
Vəzifə öhdəlikləri:
 
• TƏBİB-in tabeliyində olan tibbi müəssisələrində mövcud tibbi cihaz və avadanlıqların vəziyyəti və mövcudluğu ilə bağlı hesabatların aparılması, tələblərin toplanması, satın alınmasına dair planlamanın həyata keçirilməsi;
• Tibbi cihaz və avadanlıqların satın alınması üçün şərtlər toplusunun hazırlanması;
• Satın alınmış cihazların tibb müəssisələri üzrə bölgüsünün aparılması, tibb müəssisələrində quraşdırılması və təyinatı üzrə istifadə olunmasına nəzarət;
• Tabelikdə olan tibb müəssisələrinin balansında olan əsas vəsaitlərin vahid sistemdən idarə edilməsi üçün məlumat bazasının işlənməsi və yenilənməsi;
• Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
• Elektron sənədlər dövriyyəsi vasitəsilə daxil olan aidiyyəti sənədlərin icra olunması;
• Dövlət qurumları ilə işgüzar fəaliyyətin həyata keçirilməsi;
• Şöbəyə daxil olan müraciət və sorğuların araşdırılması, aidiyyəti üzrə əlaqələndirilməsi və səlahiyyət çərçivəsində cavablandırılması;
• Şöbənin aylıq və illik tədbirlər planının hazırlanmasında iştirak edilməsi və tədbirlərin icrası istiqamətində fəaliyyətin aparılması;
• Tibbi cihaz və avadanlıqlarların təchizatı ilə əlaqədar yerli və xarici şirkətlərin, humanitar təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi, onlarla əlaqədar məsələlərdə müştərək fəaliyyətin təşkili;
• Müqavilə əsasında fəaliyyət göstərən şirkətlərlə birgə işin koordinasiyası və nəzarətin həyata keçirilməsi;
• Dünyada tibb sahəsində texnoloji yeniliklərin izlənməsi, tibbi xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni təkliflərin hazırlanması;
• Peşə bacarığı və bilik səviyyəsini davamlı şəkildə yüksəldilməsi;
• Rəhbərlik tərəfindən aidiyyəti üzrə verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi.
• Rəhbəredici sənədlərin öyrənilməsi;
• TƏBİB-in daxili intizam və etik davranış qaydalarına riayət edilməsi;
• İstiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.
 
Müraciət qaydası:
 
• Vakansiyaya son müraciət tarixi 18.02.2023-cü il;
• CV və tələb olunan sənədlərin nüsxələrini vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir.
 
Əlavə məlumatlar:
 
• İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.
 
Qeyd edək ki, müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır