Qadın və kişi ürəyinin fərqli xüsusiyyətləri nələrdir?
18.01.2023 16:33
Qadınların ürəyi kişi ürəyindən daha kiçikdir. Orta hesabla qadın ürəyi kvadrat metrə görə hesablasaq 118 qramdır. Kişilərdə isə bundan 60 qram çoxdur. Qadın ürəyinin damarları daha incədir. Kişilərə nisbətən orta hesabla 1 mm incə olması damara müdaxiləni çətinləşdirir.
 
Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 
Onun sözlərinə görə, qadınlarda qapağın quruluşu daha elastikdir. Qapaq xəstəliyi və bununla əlaqəli ürək döyüntüsü daha çox rast gəlinir. Qadınlarda ürəyin damarları daha həssas olur, sıxılmaya/daralmaya daha çox meyllidir. Bundan başqa, qadın ürəyinin damarları xəstəliyə daha davamlıdır. Kişilərlə müqayisədə damar xəstəliklərinin inkişaf riskində 10 illik fərq var. Ancaq bu fərq klimaksdan sonra yox olur.
 
Cabir Gülmalıyev bildirib ki, qadının ürəyində olan xəstəliyi tapmaq çətindir. EKQ və efor testləri çox vaxt normal olur. Klinik şübhə və risk faktorları nəzərə alınmaqla əlavə testlər aparılmalıdır. Ürək xəstəliyi olan zaman kişilərdə sinə ağrısı ön planda olarkən, qadınlarda nəfəs darlığı, halsızlıq, yorğunluq və şişkinlik ön plana çıxa bilər.
 
"Qadın ürəyi infarktdan sonra zədələnməyə daha həssasdır. Qadınların ürəyi kişilərdən daha çox döyünür. Qadınların ürəyi kişilərə nisbətən laxtalanmaya daha çox meyllidir", - deyə uzman həkim əlavə edib.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır