Yeni metodik vəsait: “Narkotik vasitələr və psixotrop maddələrlə intoksikasiyalar: diaqnostika, müalicə və profilaktika”
13.01.2023 12:38
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d. Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudovun müəllifi olduqları “Narkotik vasitələr və psixotrop maddələrlə intoksikasiyalar: diaqnostika, müalicə və profilaktika” adlı yeni metodik vəsait çapdan çıxıb.
 
Mərkəzi Gömrük Hopitalından Aztibb.az-a verilən məlumata görə, nəşr Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 iyul 2022-ci il tarixli 14 nömrəli qərarı ilə təsdiq olunub.
 
Metodik vəsaitdə narkotiklər və psixotrop maddələr ilə kəskin zəhərlənmələrlə əlaqəli klinik vəziyyətlərdə göstərilən ardıcıl tədbirlərinin ətraflı təsviri verilib. Yeni nəşr bu qrup zəhərlənmələrin diaqnostikasını, epidemiologiyasını, təsnifatını, toksik maddənin növündən asılı olmaqla klinik təzahürünü, differensial diaqnostikasını əhatə edir.
 
Qeyd edək ki, metodik vəsait ilkin səhiyyə sistemində çalışan tibb işçiləri, təcili tibbi yardım həkimləri, həkim toksikoloqlar, anestezioloq-reanimatoloqlar, həkim-psixiatrlar, həkim-narkoloqlar, məhkəmə-tibb ekspertləri və qeyd edilən ixtisaslar üzrə həkim-rezidentlər üçün nəzərdə tutulub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub