İdman həyat və sağlamlıqdır
11.01.2023 16:26

Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimində iştirakı və çıxışı bir daha sübut etdi ki, idman dövlət siyasətinin əsas prioritetlərindən biridir.

 

Belə ki, idman - həyat və sağlamlıqdır. Sağlamlıq ən böyük nemətlərdən biridir. Hər bir insan onu qorumağı bacarmalı və öz sağlamlığını hifz etməlidir. Sağlamlığı qoruyub saxlamqada idmanın böyük rolu vardır. Necə deyərlər? “Sağlam bədəndə sağlam ruh olar.”

 

İdmanla məşğul olmaq tək insanın sağlamlığını möhkəmləndirmir, həmçinin eyni zamanda insanda ruh yüksəkliyi yaradır, insanın çevik və dözümlü olmasına səbəb olur. İdman, insanda öz bədənini idarə etmək üçün əzmkarlıq yaradır. İdmanla məşğul olan insanlar daha intizamlı olurlar. Onlar xarici görünüşcə daha yaxşı görünür və özlərini daha yaxşı idarə edirlər. Bundan əlavə idman insanda kollektivlik, dostluq, yoldaşlıq, bir-birinə dayaq olmaq və vətənpərvərlik hisslərini yüksəldir. Idmanla məşğul olan insanlarda adıçəkilən bu hisslər daim yüksək olur. idman insanı tək fiziki deyil, eyni zamanda ruhi cəhətcə də tərbiyələndirir. Idmanla aktiv məşğul olan millət - sağlam bir millətdir.

 

Bu baxımdan, dövlətimiz idmanın inkişafını xüsusi prioritet sayır və bu istiqamətdə böyük uğurlu layihələr həyata keçirir. Respublikamızda idmanla məşğul olmaq üçün bütün lazımi şəraitlər yaradılmışdır. Müasir idman avadanlığı ilə təchiz edilən və dünya standarlarına uyğun idman komplekdləri, hər il yeni-yeni stadionlar və üzmə hovuzları açılaraq idmansevərlərin ixtiyarına verilir. Ölkəmizin idmançıları müxtəlif beynəlxalq idman yarışlarında, çempionatlarında və olimpiya oyunlarında iştirak edirlər. Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.

 

Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Cənab Prezident İlham Əliyevin çıxışında da qeyd olunduğu kimi “İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.”

 

Əhliman Əmiraslanov

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub