"Son illərdə RSV virusunun uşaqlarda yayılması pik həddə çatıb" - İnfeksionist
11.01.2023 15:21

Qış ayları boyunca 3 virus bizi xəstə etmək üçün öz fürsətini gözləyir. Bu aylar daha ehtiyatlı olmalıyıq. Bu viruslar COVID-19, qrip və RSV-dir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Binəqədi Tibb Mərkəzinin infeksionisti Aygül Əhmədova bildirib. 

 

Onun sözlərinə görə, hazırda uşaqlar RSV virusunun təsiri altındadırlar. Ailə üzvləri də bu virusa uşaqlardan yoluxurlar. Bir virusdan sağalıb digərinə tutulurlar. Diqqətli olmaq, COVID-19 və qrip əleyhinə peyvənd olunmaq vacibdir.

 

İnfeksionist qeyd edib ki, son günlərdə xüsusən RSV (respirator sinsitial virus) uşaqlar arasında daha çox yayılıb. RSV qrip və soyuqdəyməyə bənzər şikayətlərə səbəb olur. Daha çox ağciyərlərəri zədələyir. Ən çox yarımçıq doğulmuş körpələr və 2 yaşına qədər olan uşaqlar, 65 yaş üstü yaşlılar və immun sistemi zəif insanlar bu virusa daha tez yoluxurlar. Son illərdə RSV virusunun uşaqlarda yayılması pik həddə çatıb.

 

"COVID-19 üç ildir davam edir. Ağırlaşmalara az rast gəlinsə də, xəstəliyi yüngül simptomlarla keçirənlər də az deyil. Hazırda Omikronun alt variantları aktivdir. Şəkərli diabet, 65 yaş üstü yaşlılar və xroniki xəstəlikləri olanlar bu infeksiyanı ağır keçirirlər. 3 gündən artıq hərarəti olan pasiyentlər ən yaxın xəstəxanaya müraciət etməlidirlər", - deyə A.Əhmədova bildirib.

 

Həkim əlavə edib ki, üçüncü təhlükə artıq mövsümi infeksiya sayılan qrip (influenza) infeksiyasıdır. Bu xəstəlik noyabır aylarının sonu dekabr aylarında pik həddə çatır.

 

A.Əhmədova üç virusun simptomlarının bir-birinə bənzədiyini deyib. Bildirib ki, yüksək hərarət, boğaz ağrısı, əzələ ağrıları, burun axıntısı, öskürək şikayətləri ilə özlərini biruzə verirlər. Bu viruslar hava damcı, fekal-oral (təmas) yolla yayılır, qorunmaq üçün 1.5-2m olan sosial məsafəni saxlamaq, əllərimizi təmiz yumaq, insanların toplu halda olduğu məkanlarda maska taxmaq, askıran, öskürən, temperaturu olan, özünü xəstə hesab edən insanlara maska taxmasının gərəkli olduğu haqqında məlumat vermək gərəkdir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır