Autizmli uşaqların emosiyalarını və stresini aşkar etmək üçün robot hazırlanıb
15.01.2023 13:04

İstanbul Texniki Universitetində (İTU) sensorlar və süni intellektdən istifadə etməklə autizmli uşaqların emosiyalarını və stresini oyun vasitəsilə müəyyən edən robot sistemi hazırlanıb.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla məlumat verir.

 

İTU-nun Kompüter və informatika fakültəsinin Süni intellekt və məlumat mühəndisliyi kafedrasının müəllimi, prof. Hatice Kösenin təşəbbüsü ilə autizmli uşaqların emosiyalarını və stresini aşkar etmək məqsədilə araşdırma aparılıb.

 

Prof. H.Köse və layihə qrupu autizmli uşaqların emosiyalarını və stresini oyun vasitəsilə müəyyən etmək üçün sensorlar və süni intellektdən istifadə edən robot sistemi hazırlayıblar. Layihədə autizmli uşaqlarla “Kaspar” adlı uşağa bənzər robotla terapiya oyunları təşkil edilib və bu oyunlar zamanı uşaqların emosiyaları və stresi müəyyən edilib.

 

Autizmli uşaqların duyğularını yaxşı ifadə edə bilmədiklərini, xüsusilə stresli olduqları zaman müalicəyə cavab vermədiklərini deyən H.Köse süni intellektin dəstəyi ilə fərqli sensorlardan alınan məlumatları emal edərək terapiya seansında robotla qarşılıqlı əlaqə zamanı onların duyğularını anlamağı hədəflədiklərini bildirib.

 

O, layihə çərçivəsində Türkiyə, Polşa, İngiltərə və Makedoniyada fərqli uşaq qrupları ilə çalışdıqlarını və müqayisələr apardıqlarını söyləyib. H.Köse layihə qrupunda müxtəlif ölkələrdən olan terapevt, həkim və mühəndislərlə çalışdıqlarını deyib.

 

"Kaspar robotumuzu Türkiyədə əməkdaşlıq etdiyimiz uşaq bağçalarına apardıq və bu işləri həyata keçirdik. Türkiyədə təxminən 25 uşaqla bu araşdırmanı həyata keçirdik", - deyə H.Köse qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır