Azərbaycanlı neonatoloqun uşaqlarda beyin zədələnməsi ilə bağlı məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub
06.01.2023 12:33

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq Sərxan Elbəyiyev uşaqlarda beyin zədələnməsini öncədən təxmin edə bilən YASHMA adlı yeni qiymətləndirmə sistemini kəşf edib.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, bu, tibb sahəsində innovativ addımdır. Belə ki, artıq yeni qiymətləndirmə sisteminin dəstəyi ilə doğuş zamanı bəzi səbəblərdən oksigensiz qalan yeni doğulmuş körpələrdə beyin zədələnməsini Maqnit Rezonans Tomoqrafiya (MRT) olmadan belə qiymətləndirmək mümkündür. Bununla uşaqlarda beyin zədələnməsinin olub-olmadığı öncədən bilinəcək.

 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti tərəfindən irəli sürülən yeni metod 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən hərbçilərimizin şərəfinə YASHMA adlandırılıb. Yeni qiymətləndirmə sistemi və onun işləmə prinsipi haqqında məqalə dünyaca məşhur “Oxford Academic Journal of Tropical Pediatrics” elmi jurnalında dərc olunub (https://academic.oup.com/tropej/article-abstract/68/6/fmac082/6749661?redirectedFrom=fulltext&login=false).

 

Tibbdə yeni olan bu sistem aşağı gəlirli ölkələrdə beyin zədələnmələrini öncədən müəyyən etməyə, uşaqların nevroloji və beyin inkişafı baxımından daha yaxından izlənilməsi, erkən diaqnoz və müalicəsinə şərait yaradacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub