ATU-nun xarici tələbələri arasında praktiki bilik üzrə yarışma keçirilib
21.12.2022 15:00

Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan xarici tələbələr arasında praktiki bilik üzrə yarışma keçirilib. Tədbir ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti təşkilatçılığı ilə baş tutub.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, məqsəd aşağı kursda təhsil alan əcnəbi tələbələrin ilkin yardımın göstərilməsi üzrə baza biliklərini yoxlamaq və bu bacarıqları gücləndirməkdən ibarət olub.  Müsabiqədə ATU-nun İran, İraq, Hindistan, Efiopiya, Latın Amerika ölkələri, Türkiyə, Afrika, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Fələstin, Pakistan, Sudan, Misir və digər ölkələrdən olan tələbləri iştirak ediblər.

 

Yarışmadan öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təmsilçisi Əminə Cabbarova qurumun fəaliyyəti haqqında tələbələr üçün təqdimat keçirib. Həmçinin iştirakçılara GFARC tərəfindən beynəlxalq səviyyəli İlkin Tibbi Yardım  üzrə protokolları məlumat verilib.

 

Sonra 6 qrupdan ibarət komandalar arasında yarışma keçirilib. Tələbələr çox vaxt həyatı xilas etməyə səbəb olan bacarıqlar - yaralanmalar və zədə almalar, zəhərlənmələr, günvurma zamanı göstərilən ilkin yardım, ürəyin masajı və s kimi bacarıqları mulyaj və maketlər üzərində nümayiş etdiriblər. Sonda qalib komandaya hədiyyə, müsabiqə iştirakçılarına isə sertifikat təqdim olunub.

 

Qeyd edək ki, ATU THİK-in sədri Dr Qoşqar İsmayılov, Tədris-Terapevtik Klinikasının Təcili Yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov, həkim-pediatrı Zərifə Məmmədova   və AzQAC-nin İlk Yardım əməkdaşları Şahin Biləndərli və Əminə Cabbarova  münsiflər qismində iştirak edərək tələbələrin bacarıqlarını qiymətləndiriblər. Tədbirin təşkilində ATU THİK  nəzdində yaradılan “Beynəlxalq Tələbələrin Səsi”  (Voice of İnternational Students) birliyinin sədri Rz. Şafa Mohamed də fəal iştirak edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub