Yeni kitab: “Bitki immunitetinin genetik əsasları”
20.12.2022 16:00

Dendrologiya İnstitutunun Bitki mühafizəsi laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Şaməddin Qəhrəmanovun müəllifi olduğu “Bitki immunitetinin genetik əsasları” kitabı nəşr edilib.

 

Bu barədə Aztibb.az-a İnstitutdan məlumat verilib.

 

Elmi işçilərin, müəllimlərin, kənd təsərrüfatı ilə məşğul olan mütəxəssislərin, xüsusi ixtisas kursu kimi ali məktəblərin biologiya, bitki mühafizəsi, aqronomluq fakültələsi tələbələrinin istifadə edə biləcəyi nəşr ət­raf mü­hi­tin və in­san­la­rın sağ­lam­lı­ğı­nı qo­ru­yub sax­la­maq üçün zə­rər­ve­ri­ci or­qa­nizm­lə­rə qar­şı da­vam­lı (im­mun) bit­ki sort­la­rın­dan is­ti­fa­də olun­ma­sının müs­təs­na əhə­miy­yə­tindən bəhs edir. 

 

Kitab tə­bii me­şə və kənd tə­sər­rü­fa­tı bit­ki­lə­ri­nin xəs­tə­lik tö­rə­di­ci­lə­ri­nə və zə­rər­ve­ri­ci­lə­rə qar­şı im­mu­ni­te­ti və bu­nun­la bağ­lı bir sı­ra mü­hüm el­mi və təc­rü­bi əhə­miy­yə­tə ma­lik məsə­lə­lə­ri əha­tə edən və­sai­tdir. Zə­rər­li or­qa­nizm­lə­rə qar­şı bit­ki im­mu­ni­te­ti (da­vam­lı­lıq), bit­ki­nin baş­lı­ca bio­lo­ji xü­su­siy­yət­lə­rin­dən bi­ri olub, onun bü­töv­lü­yü­nün qo­run­ma­sı­nı təmin edir, baş­qa söz­lə ifa­də et­sək, im­mu­ni­tet bit­ki­də məh­sul it­ki­si­nin azal­ma­sı­dır və yaxud bit­ki­nin elə bir xü­su­siy­yə­ti­dir ki, bit­ki düş­dü­yü çə­tin ekst­re­mal və­ziy­yət­lər­də və hət­ta bit­ki or­qa­niz­min­də xəs­tə­lik tö­rə­di­ci­lə­ri və zə­rər­ve­ri­ci­lə­rin in­ki­şa­fı üçün əl­ve­riş­li şəra­it möv­cud ol­du­ğu hal­da be­lə, bit­ki yük­sək key­fiy­yət­li və da­ya­nıq­lı (sta­bil) məh­sul verir.

 

El­mi tex­ni­ki tə­rəq­qi­nin in­ki­şa­fı­nın müa­sir mər­hə­lə­sin­də bit­ki­çi­lik­də bit­ki im­mu­ni­te­ti haqqın­da dü­şün­cə­lər ol­duq­ca fərq­li­dir. Ha­zır­da dün­ya­da yük­sək key­fiy­yət­li eko­lo­ji sağlam məh­sul əl­də et­mək və eko­lo­ji ta­ra­z­lı­ğı qo­ru­maq üçün zə­rər­li or­qa­nizm­lə­rə qar­şı apa­rı­lan in­teq­rir mü­ba­ri­zə­nin baş­lı­ca ele­ment­lə­rin­dən bi­ri olan da­vam­lı sort bit­ki­lər­dən is­ti­fa­də olu­nur, yük­sək tex­no­lo­gi­ya­lar tət­biq edilir. Bü­tün bun­lar müa­sir bit­ki mü­ha­fi­zə­si el­mi­nin in­no­va­tiv ye­ni­lik­lə­ri­dir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub