Mərkəzi Elmi Kitabxanada tibb sahəsi üzrə elektron məlumat bazası istifadəyə verilib
13.12.2022 16:08

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) istifadəçiləri üçün tibb sahəsi üzrə “AMBOSS GmbH” beynəlxalq elektron məlumat bazası istifadəyə verilib.

 

Kitabxanadan Aztibb.az-a verilən məlumata görə, sözügedən məlumat bazasının idarə heyəti ilə MEK rəhbərliyinin birgə əldə etdikləri razılığa əsasən, Mərkəzi Elmi Kitabxana üçün 100 ədəd istifadə kodu göndərilib. AMBOSS tərəfindən MEK-ə göndərilən bu kodlarla oxucular iyirmi mindən çox tibbi mövzudan ibarət interaktiv kitabxana və altı mindən artıq klinik vəziyyətə əsaslanan bir-biri ilə əlaqəli “Sual Bankı”ndan istifadə edə biləcəklər.

 

Qeyd edək ki, ali tibbi təhsilin rezidentura pilləsində təhsil alan tələbələr, gənc həkimlər bu fürsətdən bir ay müddətində ödənişsiz yararlana bilərlər. Yaxın günlərdə növbəti beynəlxalq elektron məlumat bazaları da MEK istifadəçiləri üçün açıq olacaqdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar