Kərtənkələlərin miogenezini öyrənməklə insanın embrional əzələ qüsurlarının səbəbini müəyyən etmək olar
07.12.2022 11:34

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının professoru Canbaxış Nəcəfov, kafedranın dissertantı Ramin Həşimov, Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilovun həmmüəllifi olduqları “Tenuidactylus caspius kərtənkələsinin skelet əzələlərinin embrional inkişafı və histoloji analizi” adlı elmi işdə uğurlu nəticələr əldə olunub.

 

Aztibb.az-a BDU-dan bildirilib ki, elmi iş “Web of Science” elmmetrik bazasına daxil olan “Journal of zoological systematics and evolutionary research” (IF: 2.424) nəşrində yer alıb.

 

Tədqiqat işinin məqsədi kərtənkələnin embrional inkişafında mioblastların bir-biri ilə birləşib miosimplast əmələ gətirməsindən sonra əzələ plastinkasının (aralıq quruluşunun) formalaşması mərhələsinin müəyyən olunmasıdır. Tədqiqat işində 22 ədəd gekkon yumurtasından istifadə olunub. Müəlliflər bu mərhələnin şəklini çəkib, tam düzgün xarakteristikasını veriblər.

 

Məqalədə miogenezin (embrional inkişaf zamani skelet əzələlərinin formalaşması) mərhələləri ardıcıllıqla təsvir olunub. Kərtənkələlərin miogenezini öyrənməklə insanın embrional əzələ qüsurlarının səbəbini müəyyən etmək olar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub