“Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçiriləcək
03.12.2022 11:31

Dekabrın 10-da ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçiriləcək.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Bildirilib ki, tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Florence Nightingale Xəstəxanalar Qrupunun, Fetal Genetik Mərkəzin, Səhiyyə Televiziyasının, Unity Company, Bübchen və Ascent MMC şirkətlərinin əməkdaşlığı ilə baş tutacaq.

 

Konqresdə “Neonatal reanimasiyada sıx rast gəlinən hallar”, “Yenidoğulmuşlarda respirator dəstək strategiyaları” və “Neonatologiyada genetik skrininq metodları” başlıqlı 3 paneldə ümumilikdə 8 məruzə təqdim olunacaq.

  

Əlçatanlığı təmin etmək məqsədilə tədbir hibrid formatda həyata keçiriləcək. Proqrama uyğun olaraq konqresdə pediatr, neonatoloq, anestezioloq-reanimatoloq, genetik, uşaq cərrahı, kardioloq, mama-ginekoloq, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, hematoloq və endokrinoloq ixtisasına malik həkimlər və rezidentlər iştirak edə bilər.

 

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.

 

Konqres əyani Holiday İnn otelində, distant olaraq isə "ZOOM" platformasında həyata keçiriləcək. Tədbirdə iştirak ödənişsizdir!

 

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!

 

Əlavə məlumat üçün linkə keçid edə biləriniz: https://customshospital.az/10-dekabr-azerbaycan-turkiye-neonatologiya-konqresi/#gsc.tab=0 

 

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/agMBjPxJ42gwBDL58 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır