Azərbaycan alimi xroniki obstruktiv ağciyər xəstəliyinin kəskinləşməsinə ağır metalların təsirini araşdırıb
24.11.2022 12:45

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllif olduğu “Xroniki obstruktiv ağciyər xəstəliyinin (XOAX) kəskinləşməsinə ağır metalların və mikroelement səviyyəsinin təsirinin öyrənilməsi” adlı elmi iş “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 3.829) “Journal of King Saud University – Science” jurnalında yer alıb.

 

Bu barədə Aztibb.az-a BDU-dan bildirilib.

 

Tədqiqatın əsas məqsədi xroniki obstruktiv ağciyər xəstəliyi zamanı orqanizmdə ağır metalların və mikroelementlərin səviyyəsinin qiymətləndirilməsi və onların miqdarının XOAX-ın kəskinləşməsinə təsirinin öyrənilməsidir. Qeyd olunan tədqiqat işində 100 sağlam könüllü və XOAX-ın kəskinləşməsi dövründə olan 114 xəstə iştirak edib.

 

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, XOAX-ın kəskinləşməsi dövründə qanda ağır metalların miqdarı artır, bu da öz növbəsində xəstəliyin daha da sərtləşməsinə və ölümlə nəticələnməsinə səbəb olur. Bunu nəzərə alaraq, qanda ağır metalların miqdarı xroniki obstruktiv ağciyər xəstəliyinin qiymətləndirilməsində diaqnostik üsul kimi istifadə oluna bilər.

 

Müəllif: Səadət Məmmədova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub