"Tibbi Biokimya" dərsliyi işıq üzü görüb
18.11.2022 17:55

Azərbaycan Tibb Universitetinin (ATU) Biokimya kafedrasının əməkdaşları - professor Gülnarə Əzizova, dosent Şəymən Həsənova, dosent Akif Qarayev, assistent Nərmin Bayramovanın müəllifliyi ilə "Tibbi Biokimya" dərsliyi çapdan çıxıb. Kitab tələbələrlə yanaşı, tibb sahəsində çalışan hər kəs üçün əhəmiyyətli vəsait kimi nəzərdə tutulub.

 

Aztibb.az xəbər verir ki, ATU-nun Tibbi biokimya kafedrasının müdiri, professor Gülnarə Əzizovanın sözlərinə görə, bu dərslik İctimai səhiyyə fakültəsində yaradılan yeni ixtisas üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub: “Artıq 3 ildir ki, İctimai Səhiyyə fakültəsinin nəzdində fizioterapist, reablitoloq və ali tibb bacısı ixtisasları açılıb. Həm bu yeni ixtisaslar, həm də Hərbi tibb fakültəsinin nəzdindəki hərbi feldşer ixtisası üçün biokimya fənninə ayrılan saatlar müalicə-profilaktika fakültəsi ilə müqayisədə azdır. Hazırda kafedrada işlədilən “İnsan biokimyası əsasları” dərsliyi isə mövcud proqrama uyğun deyil”. Bu səbəbdən Tibbi biokimya üzrə daha sadə bir dərsliyin yaradılmasına qərar verilib.

 

Bu günlərdə işıq üzü görən dərslik 300 səhifə və bir cilddən ibarətdir. Statik və dinamik biokimya bölmələrini əhatə edən kitabda xüsusilə yuxarıda qeyd olunan ixtisaslar üçün önəmli olan bölmələr - məsələn, hormonlarda kartikostrioidlərə geniş yer verilib. Kitabda nəzəri hissə  ilə yanaşı, tələbələr üçün lazım olan ən zəruri laborator işlər və testlər də yer alıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub