Uşağın dişlədiyi kobra ölüb
07.11.2022 08:32

Hindistanda yaşayan 8 yaşlı uşaq kobranın hücumuna məruz qalıb. Bütün cəhdlərinə baxmayaraq, ilandan xilas ola bilməyən oğlan təəccüblü hərəkət edərək heyvanı dişləyib. Yerli media ilanın öldüyünü, uşağın isə sağ qaldığını açıqlayıb. 

 

Aztibb.az xəbər verir ki, Hindistanın Chhattisgarh bölgəsindəki ucqar Pandarpadh kəndində yaşayan və adı Dipak olan 8 yaşlı uşaq evlərinin bağçasında oynayan Dipak kobranın hücumuna məruz qalıb.

 

İlanın qəfildən qoluna ilişib dişlərini dərisinə batırdığını deyən uşaq heyvandan xilas olmağa çalışsa da, buna nail ola bilməyib. İlanın hücumundan heç cür xilas ola bilməyəcəyini başa düşən uşaq ilanı dişləyib.

 

“The New Indian Express”ə açıqlamasında: "Nə etdimsə ilandan xilas ola bilmədim, ona görə də onu iki dəfə bərk dişlədim. Hər şey bir anda oldu", - deyib. 

 

“The New Indian Express” qəzeti kobranın öldüyünü və ailənin böyük narahatlıqla oğlunu xəstəxanaya apardığını yazıb. Uşağı yoxlayan həkimlər ilan zəhərinin Dipaka keçmədiyini bildiriblər. "Quru dişləmə" kimi tanınan bu vəziyyətdə, ilan zəhərini buraxmadığı üçün qurbanlar tez sağalırlar.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib