Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı maarifləndirici tədbir keçirilib  
19.10.2026 13:27
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə tibb müəssisələrinin rəhbərləri, həkim-endokrinoloqlar, həkim-əczaçılar və orta tibb işçilərinin iştirakı ilə şəkərli diabet xəstələrinin imtiyazlı dərman vasitələri ilə təminatı, dərman təyinatının düzgün aparılması və xəstələrin qeydiyyatının təşkili məsələlərinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
 
Bu barədə Aztibb.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən xəbər verilib.
 
Bildirilib ki, tədbirdə imtiyazlı dərman vasitələri ilə təminat qaydaları, dərman təyinatının düzgün aparılması, xəstələrin qeydiyyatının dəqiqləşdirilməsi və təminat prosesində qarşıya çıxan məsələlər müzakirə olunub. Həmçinin mövcud çətinliklərin aradan qaldırılması, dərman təminatının səmərəli təşkili və bu sahədə tibb işçilərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq izahatlar verilib.
 
Qeyd olunub ki, dərman vasitələrinin təyinatının düzgün aparılması, xəstələrin qeydiyyat məlumatlarının dəqiqliyinin təmin edilməsi və dərman təminatı prosesinin müvafiq qaydalara uyğun təşkili şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
 
Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirə olunan məsələlərlə bağlı müvafiq tövsiyələr verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub