ATU-da tələbələrin karyerasına dəstək: “CV Makeover Challenge” müsabiqəsi keçirilib
27.10.2026 14:52

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən “Xarici tələbələrin səsi” klubunun təşkilatçılığı ilə tələbələr üçün “Tibbi CV-lərin hazırlanması” adlı seminar keçirilib. 

Seminarın əsas məqsədi gələcək tibb mütəxəssislərinin peşəkar karyera quruculuğu bacarıqlarını inkişaf etdirmək, onlara tibbi CV-nin hazırlanmasının əsas prinsiplərini öyrətmək və əmək bazarına hazırlıq səviyyələrini artırmaq olub. 

Tədbirdə çıxış edən neyrocərrah, nevroloq və klinik nevrologiya üzrə mütəxəssis Nigar Nəcəfbəyli tibbi CV-nin hazırlanması zamanı diqqət yetirilməli məqamlar, peşəkar təcrübə və bacarıqların düzgün təqdim edilməsi, eləcə də CV-nin daha effektiv və rəqabətədavamlı formalaşdırılması barədə tələbələrə ətraflı məlumat verib. 

 

ATU-dan Aztibb.az-a bildirilib ki, seminarın praktiki hissəsində tələbələr arasında “CV-nin təkmilləşdirilməsi müsabiqəsi” — “CV Makeover Challenge” təşkil olunub. İştirakçılar seminarda əldə etdikləri bilikləri tətbiq edərək CV hazırlama və təkmilləşdirmə bacarıqlarını nümayiş etdiriblər. Müsabiqə tələbələrin nəzəri biliklərini praktiki vərdişlərə çevirməsinə, yaradıcı yanaşma və komanda işi bacarıqlarını inkişaf etdirməsinə imkan yaradıb. 

 

Tədbirin sonunda qalib komandalar hədiyyələrlə, bütün iştirakçılar isə sertifikatlarla təltif ediliblər. 

 

Qeyd edək ki, bu cür təşəbbüslər tələbələrin peşəkar inkişafı, karyera imkanlarının genişləndirilməsi və əmək bazarına daha hazırlıqlı daxil olmalarına töhfə verir. Seminar, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən 4-cü məqsəd — Keyfiyyətli təhsil və 8-ci məqsəd — Layiqli əmək və iqtisadi artım ilə uzlaşaraq təhsillə peşəkar inkişaf arasında əlaqənin gücləndirilməsinə xidmət edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər