Bu sistem koronavirus testinin cavabını 39 dəqiqəyə verir
26.09.2020 14:49

Nəticəni 39 dəqiqə ərzində öyrənməyə imkan verən koronavirus test sistemi yaradılıb.

 

Aztibb.az xəbər verir ki, test sistemini tanınmış  alman şirkəti  “Bosch” istehsal edib. Bu barədə şirkət 25 sentyabrda yayımlanan press-relizində elan edib.


“Vivalytic analitik aləti üçün, SARS-CoV-2 patogenini müəyyən edə bilən yeni sürətli bir test hazırlayıb. Beləliklə, test nəticəsi 39 dəqiqə ərzində hazır olur. Hazırda dünyada PCR əsasında işləyən daha sürətli test yoxdur”, -deyə açıqlamada qeyd olunub.

 

Bildirilib ki, test sistemi operativ nəticə əldə etmək üçün səyyar test məntəqələrində, xüsusən hava limanlarında və avtodayanacaqlarda istifadə oluna bilər.

 

Şirkətin açıqlamasına əsasən, məhsul artıq Avropanın müxtəlif ölkələrində mövcuddur.


Bildirilib ki, test sistemi Alman Təhsil və Elm Nazirliyinin dəstəyi ilə hazırlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır