ATU-da Zəfər Gününə həsr olunan konfrans keçirilib
03.11.2022 14:13

Noyabrın 2-də ATU-nun İctimai fənlər kafedrasında Vətən müharibəsində qələbəmizin ildönümü ilə bağlı Tələbə Elmi Cəmiyyətinin konfrans keçirilib.

 

Kafedranın müdiri, professor Qoşqar Əliyev tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Rektor tarixi Qələbəmizdən danışarkən ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib: "2020-ci ilin bu günlərində Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı düşmən caynağından azad etdi. Şübhəsiz ki, gələcək nəsillər hələ uzun illər bu şanlı tarixi fəxrlə qeyd edəcək və bu möhtəşəm qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandanımızın möhkəm iradəsindən və dəmir yumruğundan dönə-dönə bəhs edəcəklər”.

 

ATU-nun Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın öz haqqı uğrunda mübarizə aparmağa qadir güclü bir dövlət olduğu bütün dünyaya göstərildi.

 

Prorektor əldə olunan bu şanlı qələbədə məzunlarımız olan hərbi həkimlərin misilsiz fədakarlığından söhbət açıb. Qeyd edib ki, cəsur həkimlərimiz həyatlarını risk altına ataraq yaralılara kömək edib və onların bəziləri qəhrəmanlıqla şəhid olub.

 

Daha sonra Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli və Vətən müharibəsi qazisi, polkovnik-leytenant Dəyanət Məmmədov Qələbəmizi səciyyələndirən amillər barədə fikirlərini bölüşüb, tarixi Zəfərin Ali Baş Komandanımız İlham Əliyevin qüdrətli sərkərdəliyi və xalqımızın birliyi nəticəsində ərsəyə gəldiyi bildiriblər.

 

Sonra söz məruzəçi tələbələrə verilib. Leyla Ağabəyli “Tarixi qələbəmiz”, Fatimə Rəsulova “Göz yaşı içində gülüş - Zəfər Günümüz”, Saçlı Cəfərova “Qəhrəmanlıqla taclanan Zəfər bayramı”, Aytən Namazlı “44 günlük müharibə - Dəmir yumruq”, Elmir Mirzəyev “2-ci Qarabağ müharibəsi: Şanlı Zəfər tariximiz”, Rəsul Bünyatov “Görünməyən qəhrəmanlar - Ağxalatlılar” və Ofelya Məmmədova “2020-ci ilin 8 noyabrı Zəfər Günümüzdür” mövzusunda məruzələrlə çıxış ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub