Kolonoskopiya hansı hallarda edilir? 
26.09.2020 09:21

Son zamanlar mədə-bağırsaq xəstəliklərinin yayılması və ağır formalarının daha çox müşahidə edilməsi ən müasir aparatlarla endoskopiya və kolonoskopiya müayinəsini qaçılmaz edir. Əvvəllər bu xəstəliklər rentgen müayinəsi ilə aşkarlanırdısa, bu artıq öz əhəmiyyətini itirib və keçmişdə qalıb. Hazırda bunun üçün endoskopiyadan və kolonoskopiyadan geniş istifadə olunur.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.f.d. Aynur Səfiyeva müsahibəsində məlumat verib.

 

Kolonoskopiya yoğun bağırsağın videoendoskopiya adlandırılan və rezin boru şəklində olan alətlə müayinə prosedurudur.


Kolonoskopiya bağırsaqdan kənar sıxılmalar, bağırsaq divarına aid anormallıqlar və bağırsaq boşluğundakı patologiyalar haqqında məlumat verir, diaqnoz qoymaqda kömək olur, hər hansı bir polip, xərçəng görüntülü xora və kütlələrdən biopsiya almaq, poliplərin çıxarılmasında kömək olur. Müxtəlif şikayətlərin aydınlaşdırılması zamanı bağırsaqların müayinəsi vacibdir.


Kolonoskopiya qarın ağrısı, ishal, qəbizlik halları çox olarsa, defekasiya aktının istənilən növ pozulması, naməlum səbəbli arıqlama, habelə KT və rentgen görüntülərində diaqnozu çətin olan xəstəliklərin aydınlaşdırılması üçün təyin edilir. Həmçinin, bağırsaq polipləri və ya bağırsaq xərçəngi olanlarda mütəmadi kontrol üçün, ailəsində bağırsaq polip və xərçəngi olanlar, ülreativ kolit və Kron xəstəliyi, bağırsaq vərəmi şübhəsi kimi bağırsaq xorası olan xəstəliklərdə və 40 yaşdan sonra hər kəsin şikayəti olmasa belə, 10 ildə bir dəfə kolonoskopiya edilməlidir.


Adətən xəstələr kolonoskopiya prosedurundan yayınırlar. 12-15 dəqiqə çəkən kolonoskopiya zamanı xüsusi dərmanla xəstə yatızdırılır, heç bir ağrı hiss etmir. Kolonoskopiya zamanı bağırsağın selikli qişasından kiçik toxuma nümunələri də götürmək və onu mikroskop altında müayinə etmək mümkündür. Bu halları özündə müşahidə etdikdə, dərhal həkimə müraciət etmək lazımdır. Belə ki, erkən kolonoskopiya ilə xəstəlik müəyyən edilərsə, vaxtında müalicə olunub ağır fəsadlardan uzaq olmaq mümkündür.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub  
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib