Çöpçüyə getdikdən sonra uşaqlarda temperatur niyə düşür? – Pediatr aydınlıq gətirdi/MÜSAHİBƏ
30.04.2021 11:00

Uzman pediatr Rəşad Tağıyev körpələrin qidalandırılması və onlara qulluqla bağlı valideynləri maraqlandıran bir çox sualları cavablandırıb.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

- Yeni doğulmuş körpələri qalın geyindirmək düzgündürmü?

 

- Amerika Pediatrik Dərnəyinin nəşr etdiyi məqalədə qeyd edilib ki, 1 yaşına qədər uşaqları boş və qat-qat geyindirmək ani körpə ölümü sindromlarının sayını artırır. Ona görə də körpələri qalın geyindirmək doğru deyil.

 

- Yeni doğulmuş uşaqlara su vermək lazımdır?

 

- Altı ayına qədər ana südü ilə qidalanan uşaqlara su verilməməlidir. Çünki ana südünün 90%-dən çoxunu su təşkil edir. Süni qida ilə qidalanan körpələrə də su verilməməlidir. Süni qidanı hazırladıqda sudan istifadə olunur. Onu da qeyd edim ki, ana südü ilə qidalanan körpələrə 6 aydan, süni qida ilə qidalanan körpələrə isə 4 ayından sonra az miqdarsa su vermək olar. Hətta ana südü ilə qidalanan körpələrə su verilərsə, ağzında aftlar, yəni “pamukcuk” deyilən ağ yaralar əmələ gələ bilər.

 

- Ana südü kifayət etmədikdə körpəyə əlavə qida verilməlidirmi?


- Südün kifayət edib-etmədiyini həkim qərarlaşdırmalıdır. Uşağın ağlaması, narahatlığı onun ac olması demək deyil. Həkim müayinəsi zamanı uşağın çəki aldığı məlum olarsa, ona əlavə qida verilməməlidir. Əgər çəki yığmırsa, o zaman həkimin göstərişi ilə əlavə qidaya keçilə bilər.

 

- Körpənin əmgəyi bağlanar deyə D vitaminini kəsmək düzgündür?

- Aldığımız D vitamini günlük ehtiyacımızı ödəmək üçündür. 2-3 damcı - vahid olaraq 400-600 beynəlxalq vahidlə ölçülür. D vitaminin kəsilməsi əsla tövsiyə edilmir.

- Timus müalicə edilir
mi?

- Timus orqanlarımızdan biridir. İnsanın orqanlarından olan böyrəyi, qara ciyəri, böyrəküstü, mədəaltı vəzisi olduğuna görə müalicə edilmədiyi kimi, timus da müalicə edilmir. O, immun sisteminə nəzarət edən vəzidir. Bu, traxeyanın ətrafında yerləşir. Nadir hallarda timomeqaliya dediyimiz, timusun ölçüsündən bir az böyük olmasına rast gəlinə bilər. Bu da traxeyanı kənardan sıxa bilər və xırıltı, öskürək verə bilər. Bunun da müalicəsi yoxdur, sədacə izlənilir.

Timus 13-14 yaşda cinsiyyət hormonlarının əmələ gəlməsi dövründə, hormonal dəyişkənlik dövründə kiçilir, rudiment halında qalır.

 

- Beyindaxili təzyiq diaqnozu var? Müalicəsi necə aparılır?

 

- Beyin sanki bir qutunun - mayenin içindədir. Qutu kimi qapalı sistemdə təbii ki təzyiq var. Bizdə yanlış olan odur ki, əlini körpənin əmgəyinin üzərinə qoymaqla beyindaxili təzyiq diaqnozu müəyyən edilir. Təzyiq ölçüldü? Nə ilə ölçüldü? Bunun özəl ölçmə üsulları var. Beyin cərrahları göz dibinə baxdıqdan sonra beyindaxili təzyiqin olub-olmadığı deyilə bilər.

Bu məsələnin ən aktual hissəsi müalicədir. Asetozolamid, yəni sidikqovucular verilir. Halbuki bu preparatların yan təsirləri çoxdur.

-
Uşaqlara immunitet gücləndiricilər verilə bilər?

İmmun sistem bizi müdafiə edən qapalı sistemdir. Koronavirus bitdikdən 4-6 ay sonra insanlarda, xüsusən uşaqlarda, 21 yaşına qədər olan şəxslərdə MİS-C sindromu - əlavə ağırlaşma müşahidə edilir. Bunun əsas xüsusiyyəti də immun sisteminin aktivləşməsi, güclənməsidir. İmmun sisteminə kimlər daha öncə müdaxilə ediblərsə, onlarda aktivləşmə daha çox olur.

- Uşaqları çöpçüyə aparmaq doğrudurmu?

- Tibbdə buna yuxarı tənəffüs yollarında yad cismin qalması deyilir. Tibbdən anlayışı olmayan insanlar, xüsusən yaşlılar bu işlərlə məşğul olur. Təlabat artdığına görə sayları da artır. Çöpçü nəyə görə yaxın Türkiyədə, yaxud hər hansı başqa xarici ölkədə yoxdur, yalnız bizdə var?

 

Traxeya ilə qida borusunun arasında armudvari çuxur var. Orada həqiqətən də yad cismin qalma ehtimalı ola bilər. Məsələn, alma qabığı, çəyirdək, günəbaxan tumları və s.

 

Uşaqlarda öskürmə refleksləri zəif olduğuna görə bunları atmaya bilər. Uşaqlara öskürək dərmanlarının verilməsi də buna görə məsləhət görülmür. Amma bu, temperaturla müşayiət olunmur. Yad cisim ancaq günlərlə, həftələrlə qalarsa, ətrafı iltihab olarsa, temperatur verə bilər. Ağızdan pis qoxu və ya temperaturun yüksək olması müşahidə edilə bilər. Ancaq iltihab nəticəsində qalxan temperaturun, çöpçüdən çıxan kimi düşməsi mümkün deyil. Tibb aləmində belə bir şey mövcud deyil. Temperaturu salmaq üçün istifadə olunan dərmanları damardan versən də temperatur elə sürətlə düşə bilməz.


Mənim fikrimcə, çöpçülərə müraciətlərin sayının artması həm də bu üsulun maddi baxımdan daha ucuz başa gəlməsi ilə əlaqəlidir.


İnsanlar çöpçüyə uşağın şikayətləri 3-5 gün müddətində keçmədikdə müraciət edirlər. Tibb aləmində də valideynlərə bildirilir ki, viral, yəni virusla əlaqəli temperatur yüksələ bilir və sonra düşür. Çöpçüyə gedilməsi də çox zaman o dönəmə rast gəldiyinə görə temperatur o vaxt düşə bilər.


Amma elə bir dövrdə yaşayırıq ki, bu işin mütəxəssislərinə - uşaqdırsa pediatra, boğazda yad cismin qalmasından şübhə edilirsə, uşaq cərrahına, eləcə də qulaq-burun həkimlərinə müraciət etmək vacibdir. Diaqnozu mütəxəssis qoymalıdır. 

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub