ATU-nun rektoru Prezident təqaüdçüsü olan tələbələrlə görüşüb
17.10.2022 19:05

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli 2022/2023-cü tədris ili üçün universitetə qəbul olan Prezident təqaüdçüləri ilə görüşüb.

 

Universitetin mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, rektor əldə etdikləri yüksək nəticə münasibətilə tələbələri təbrik edərək Prezident təqaüdünə layiq görülmələrinin onlar üçün həm qürur, həm də böyük məsuliyyət olduğunu bildirib.
G.Gəraybəyli gənclərin məhz Azərbaycan Tibb Universitetinə qəbulunun ikiqat qürurlu olduğunu qeyd edib: “Zəngin təhsil ənənələrinə malik olan 92 illik tarix sahibi Tibb Universiteti hər zaman Azərbaycanda ali təhsil ocaqları arasında seçilməyi bacarıb. Hər il bizim universitetə onlarla qabaqcıl abituriyent daxil olur. İmtahanlarda yüksək bal toplamış abituriyentlərin böyük qismi ATU-nu seçir. Gələcəkdə seçiminizi layiqincə doğruldacağınıza, xalqımız, dövlətimiz üçün layiqli, peşəkar mütəxəssislər kimi yetişəcəyinizdən əminəm”.

 

Rektor G.Gəraybəyli daha sonra ATU-da tədris sistemi, təhsil proqramında yeniliklər barədə də tələbələrə məlumat verib. O, tələbələri universitetin ictimai həyatında aktiv iştirak etməyə çağıraraq gənclərə uğurlar arzulayıb.

 

Qeyd edək ki, 2022/2023-cü tədris ilində 23 nəfər Prezident təqaüdçüsü Azərbaycan Tibb Universitetinə qəbul olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub