Rezidentlər üçün “Diabetik nefropatiya” mövzusunda seminar keçirilib
14.10.2022 16:53

Oktyabrın 14-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında "Diabetik nefropatiya” mövzusunda növbəti seminar keçirilib.

 

Mühazirədən öncə klinikanın rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov və universitetin Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova çıxış edərək müzakirəyə çıxarılan mövzunun aktuallığından bəhs ediblər. Bu sahə üzrə aparıcı mütəxəssis, III Daxili xəstəliklər kafedrasının assistenti və hemodializ bölümünün rəhbəri Barat Yusubovun adıçəkilən mövzuda mühazirəsinin rezidentlər üçün faydalı olacağı vurğulanıb.

 

Daha sonra Barat Yusubov "Diabetik nefropatiya” mövzusunda məruzəsini təqdim edib. Həkim rezidentlərə müraciətlə qeyd edib ki, hansı sahədə işləməyinizdən asılı olmayaraq, qəbulunuza gələn xəstələrin ən azı 20-30 faizi bu xəstəlikdən əziyyət çəkən insanlar olacaq və yaxud şəkərli diabet fonunda hansısa patologiya ilə rastlaşacaqsınız.

 

O, diabetik nefropatiyanın - şəkərli diabetdən qaynaqlanan böyrəkdə struktur (mezengial genişlənmə, bazal membranda qalınlaşma, qlomeruloskleroz) və funksional dəyişikliklər (albuminuriya və irəliləyən böyrək çatışmazlığı) toplusu olduğunu diqqətə çatdırıb. Eyni zamanda, diabetik nefropatiyanın epidemiologiyası, patogenezi, hemodinamik mexanizmi haqqında məlumat verib.

 

Nefroloq həkim xəstəliyin diaqnostikasında və laborator müayinələrində elə bir dəyişiklik olmadığından, diqqəti daha çox risk faktorlarina, müalicədəki yeniliklərə yönəldib. Onun sözlərinə görə, fiziki aktivlik və tütün məhsullarından imtina da diabetik nefropatiyanın müalicəsinə müsbət təsir göstərən amillərdəndir: "Həmçinin düzgün qidalanmanın xüsusi əhəmiyyəti var. Zülalın azaldılması ilə hiperfiltrasiyanın qarşısı alına bilər. İdeal günlük zülal qəbulu 0,8 qram, günlük natrium qəbulu 2 qramdan az olmalıdır”.

 

Məruzəçi bildirib ki, şəkərli diabet xəstələrində aterosklerotik ağırlaşmalara digər xəstələrlə müqayisədə 2-4 dəfə artıq rast gəlinir. Bunun səbəbi isə həmin xəstələrdə daha çox rast gəlinən dislipidemiyadır.

 

“Diabetin aşkarlandığı andan lipid profili yoxlanılmalıdır. Statin başlanarsa, müalicədən öncə QC transaminazalara baxılmalı və 3 ay sonra kontrol olunmalı, müalicə sonrası QC transaminazaları normanın yuxarı sərhədindən 3 dəfə və daha çox artarsa, dərman kəsilməlidir”, -deyə Barat Yusubov bildirib.

 

Mühazirə zamanı o da vurğulanıb ki, bütün növ diabet xəstələrində nefropatiyanın qarşısını almaq və ya yaranmış zədələnmənin proqressivləşməsinin reqressiyası üçün mütləq şərtlərdən biri də optimal qlikemik kontroldur. Bundan əlavə, arterial təzyiqin nəzarətdə saxlanılması da diabetik nefropatiya riskini azaldır.

 

Həkim, həmçinin xroniki böyrək xəstəliyinin son mərhələsində olan xəstələr üçün ən uyğun müalicə üsullarını da açıqlayıb.

 

İnteraktiv seminarda məruzə ətrafında müzakilər aparılıb, rezidentlərin mövzuya dair çoxsaylı sualları cavablandırılıb.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib