Zakir Həsənov Baş Klinik Hospitalı ziyarət edib
26.06.2026 09:48

Müdafiə Nazirliyinin rəhbər heyəti 26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Baş Klinik Hospitalı ziyarət edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb personalı və burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onların müalicə prosesi və səhhəti ilə yaxından maraqlanıb.

 

Nazirliyin rəhbər heyəti hərbi qulluqçuların tezliklə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb. Daha sonra şəxsi heyətə bayram sovqatları təqdim edilib.

 

Hospitalın peşəkar tibb kollektivinin hərbi qulluqçuların müayinə, müalicə və reabilitasiyasındakı səmərəli fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib.

 

Müdafiə naziri hərbi qulluqçulara daha keyfiyyətli tibbi xidmət göstərilməsi barədə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

 

Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular müəssisədə yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıkeşliyə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır