Səhiyyə Nazirliyinin nümayəndə heyəti Polşada HPV-a qarşı peyvəndlənmə üzrə beynəlxalq forumda iştirak edib    
23.06.2026 09:27
Səhiyyə Nazirliyinin nümayəndə heyəti Polşanın Krakov şəhərində keçirilən insan papillomavirusuna (HPV) qarşı peyvəndlənmə üzrə beynəlxalq maarifləndirmə forumunda iştirak edib.
 
Nazirlikdən Aztibb.az-a bildirilib ki, forumun məqsədi qlobal miqyasda ictimai sağlamlığın qorunması baxımından insan papillomavirusuna (İPV) qarşı peyvəndlənmə barədə məlumatlılığı artırmaq, virusun səbəb olduğu xəstəliklərin profilaktikasını gücləndirmək, eləcə də bu vaksinin tətbiqinə dair qabaqcıl beynəlxalq təcrübələri müzakirə etmək olub.
 
Tədbirdə ölkəmizdə ana və uşaq sağlamlığının qorunması, xərçəngönü xəstəliklərin erkən diaqnostikası və profilaktikası sahəsində həyata keçirilən tədbirlər təqdim olunub. Forum çərçivəsində HPV ilə əlaqəli xəstəliklərin profilaktikası, peyvəndə ictimai etimadın artırılması və effektiv kommunikasiya strategiyaları müzakirə edilib.
 
Qeyd edək ki, HPV peyvəndi uşaqlıq boynu xərçəngi və bir sıra digər onkoloji xəstəliklərdən qorunmada ən effektiv vasitələrdən biri hesab olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır