AQTA sədri Qoşqar Təhməzli IFAD nümayəndə heyəti ilə görüşüb  
18.06.2026 17:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) Yaxın Şərq üzrə xüsusi elçisi Dina Salehin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
 
AQTA-dan Aztibb.az-a bildirilib ki, görüşdə qida təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı və dayanıqlı kənd təsərrüfatı sistemlərinin gücləndirilməsi istiqamətlərində əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan ilə IFAD arasında uzun illərdir davam edən səmərəli əməkdaşlığın nəticələri və gələcək tərəfdaşlıq imkanları müzakirə olunub.
 
Müzakirələr çərçivəsində heyvanların identifikasiyası və qeydiyyatı sisteminin təkmilləşdirilməsi, heyvan və bitki xəstəliklərinin erkən aşkarlanması və monitorinqi, risk əsaslı nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də heyvan xəstəliklərindən və karantin zərərvericilərindən azad zonaların yaradılması istiqamətində IFAD-ın təcrübəsinin öyrənilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Görüş zamanı IFAD nümayəndələri Fondun yeni strateji prioritetləri və fəaliyyət istiqamətləri barədə məlumat verərək, Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
 
Sonda tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi, texniki dəstəyin və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır