Rəşadət Nabatov 38 vətəndaşın müraciətini dinləyib
24.06.2026 14:45

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən Babək rayonunda növbəti vətəndaş qəbulu keçirilib.

 

Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, qəbul zamanı vətəndaşların səhiyyə sahəsi ilə bağlı müraciətləri, təklif və şikayətləri dinlənilib.

Qəbul çərçivəsində ümumilikdə 38 nəfər vətəndaşın müraciəti qeydə alınıb.

Vətəndaşların müraciətləri əsasən tibbi xidmətlərin təşkili, müalicə və müayinələrin aparılması, işlə təminat, eləcə də səhiyyə sahəsinə aid digər məsələlərlə bağlı olub.
Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, araşdırma tələb edən müraciətlərlə bağlı isə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Keçirilən bu cür qəbullar regionlarda vətəndaşların səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, mövcud problemlərin operativ həlli və vətəndaş məmnunluğunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır