Bakıda ağciyər transplantasiyasının gələcək perspektivləri müzakirə olunub
22.06.2026 09:45

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin dəstəyi ilə “Ağciyər Nəqli Seminarı” keçirilib.


Aztibb.az xəbər verir ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən pulmonoloqlar, reanimatoloqlar, ürək-damar cərrahları, kardioloqlar və digər mütəxəssislərlə yanaşı, Türkiyədən ağciyər transplantasiyası sahəsində ixtisaslaşmış ekspertlər də iştirak ediblər. Seminar çərçivəsində ağciyər transplantasiyasının son mərhələli ağciyər xəstəliklərindən əziyyət çəkən xəstələr üçün yaratdığı imkanlar, transplantasiya üçün əsas göstərişlər, bu prosedurun hansı xəstəliklərdə zəruri olduğu və gələcək perspektivlər geniş müzakirə olunub.


Tədbiri giriş nitqi ilə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açaraq, ağciyər transplantasiyasının ölkə səhiyyəsi üçün strateji əhəmiyyətindən danışıb və bu sahədə müasir yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb.


Seminarın rəsmi hissəsində çıxış edən Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycanda meyit donorlar əsasında transplantasiya proqramının inkişafı barədə məlumat verib. Bildirib ki, indiyədək ölkədə meyit donorlardan götürülmüş 84 orqan transplantasiya olunub.


Ağciyər transplantasiyasının həyata keçirilməsi istiqamətində hazırlıq işlərinin aparıldığını diqqətə çatdıran mərkəz sədri qeyd edib ki, yaxın gələcəkdə bu sahədə xəstələrin qeydiyyatı üçün xüsusi gözləmə siyahısı formalaşdırılacaq. Onun sözlərinə görə, aparılan hazırlıq işlərinin nəticəsi olaraq ölkəmizdə təxminən 2027-ci ildən etibarən ağciyər və ürək-ağciyər kompleksi transplantasiyalarının həyata keçirilməsi planlaşdırılır.


AÜDCC-nin fəxri sədri, ürək-damar cərrahı, professor Kamran Musayev çıxışında Azərbaycanda transplantologiya sahəsində əldə olunan nailiyyətlərdən bəhs edərək, ölkəmizdə artıq 3 ürək transplantasiyası əməliyyatının icra olunduğunu bildirib. O qeyd edib ki, hazırda ölkədə ağciyər transplantasiyası proqramının formalaşdırılması istiqamətində hazırlıq işləri aparılır və bu sahədə zəruri infrastrukturun yaradılması üzrə tədbirlər həyata keçirilir.


Türkiyənin Ankara Bilkent Şəhər Xəstəxanasının Ağciyər Nəqli Mərkəzinin mütəxəssisləri – professor Erdal Yekeler, dosent Mehmet Furkan Şahin və Dr. Loğman Rahimli tərəfindən ağciyər transplantasiyasının əsas prinsipləri, xəstə seçimi meyarları, donor orqanların qiymətləndirilməsi, transplantasiya prosesinin mərhələləri, eləcə də Türkiyə və dünya təcrübəsi barədə geniş təqdimatlar keçirilib.


Tədbir iştirakçıları qeyd ediblər ki, seminarın nəticələri Azərbaycanda ağciyər transplantasiyası proqramının formalaşdırılmasına və bu sahədə beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub