Türkiyəli professor Tibb Universitetində seminar keçib
12.10.2022 14:20

Oktyabrın 11-də Azərbaycan Tibb Universitetinin Əczaçılıq kimyası kafedrasında seminar keçirilib. Kafedranın müdiri, professor Tahir Süleymanov Türkiyə Atatürk Universitetinin Tibb fakültəsinin Tibbi farmakologiya kafedrasının professoru Abdulmecit Albayrakın maraqlı təqdimatla çıxış edəcəyini iştirakçıların diqqətinə çatdırıb. 

 

Aztibb.az ATU-ya istinadla xəbər verir ki, tədbirin məramı barədə ətraflı məlumat verən professor T.Süleymanov türkiyəli qonağın seminar iştirakçılarına yeni dərman preparatlarının yaradılması istiqamətlərində aparılan tədqiqat işlərindən, onların heyvan üzərində müxtəlif farmakoloji təsirlərinin öyrənilməsində əldə olunan nəticələrdən söhbət açacağını bildirib:

 

“Professor A.Albayrakla 5 ildir ki, əməkdaşlıq edirik. Onun çalışdığı Atatürk Universiteti ilə Tibb Universitetinin sıx əməkdaşlığı mövcuddur. Hörmətli professor, təqdim etdiyimiz bioloji fəal maddələrin mədə-bağırsaq, ürək-damar, antimikrob, iltihab əleyhinə təsirlərinin öyrənilməsində bizə yaxından kömək edir. İşlərimizin nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu, Türkiyənin TÜBİTAK qurumunun təşkil etdiyi qrant layihələrində birgə iştirak etmişik. Hazırda yerinə yetirilmə mərhələsindədir”. 

 

Professor A.Bayraktar iştirakçlara Tibbi farmakologiya kafedrasının  apardığı işlər və son illər əldə etdiyi elmi nailiyyətlərdən danışıb. O cümlədən mədə-bağırsaq xəstəliklərində istifadə olunan qrup maddələrin farmakoloji təsir xüsusiyyətləri, eləcə də kardiovaskulyar sistemə təsir göstərən maddələrin farmakoloji tədqiqatlarının nəticələrindən söhbət açıb. Onun çıxışı Əczaçılıq fakültəsinin ixtisas kafedralarında çalışan professor-müəllim heyəti tərəfindən maraqla qarşılanıb və aparılan tədqiqat işləri yüksək qiymətləndirilib. 

 

Sonda təqdimatla bağlı müzakirələr aparılıb, suallara ətraflı cavab verilib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub