ATU-nun professor-müəllim heyəti şahmat yarışında gücünü sınayıb
07.10.2022 12:33

ATU-nun idman kompleksində “Müəllimlər günü"nə həsr olunmuş şahmat turniri keçirilib. Universitetin professor-müəllim heyəti arasında keçirilən yarışa ayrı-ayrı kafedraların əməkdaşları qatılıblar. Kişilərdən ibarət komandada 20 nəfər, qadınlardan ibarət komandada isə 8 nəfər mübarizə aparıb. Turnirin sonunda qaliblər müəyyənləşib.

 

Aztibb.az-a universitetdən daxil olan məlumata görə, kişilər arasında mübarizədə Tibbi biologiya kafedrasının baş müəllimi Ramin Həşimov I, Hərbi cərrahiyyə kafedrasının müəllimi Asif Əhmədov II, Psixiatriya kafedrasının baş laborantı Ziyadxan Abdullayev və “Təbib” idman klubunun professoru Zakir Məmmədov III yerə layiq görülüblər. Qadınlar arasında mübarizədə isə Mikrobiologiya və tibbi immunologiya kafedrasının baş laborantı Günel Əliyeva I, Əczaçılıq kimyası kafedrasının assistenti Könül Ağamirzəyeva II, Normal fiziologiya kafedrasinin assistenti Aysel Həşimova və “Təbib” idman klubunun məşqçi müəllimi Aybəniz Əliyeva III yeri tutublar.

 

Yarışlar bitdikdən sonra tədbir iştirakçıları şəhidlərimizin xatirəsini anaraq, ATU-nun şəhid məzunlarının şərəfinə qurulmuş abidənin önünə güllər düzüblər. Mükafatlandırma mərasimində çıxış edən “Təbib” idman klubunun sədri Qələndər Aslanov professor-müəllim heyəti arasında müxtəlif idman növləri üzrə yarışların təşkilinə həmişə xüsusi önəm verildiyini bildirib.

 

Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov əməkdaşlarımızın bu yarışlarda həvəslə iştirak etməsini yüksək qiymətləndirərək qalibləri təbrik edib və onların hər birinə uğurlar arzulayıb.

 

Sonda qaliblər medal və diplomlarla təltif ediliblər. Birinci yerin sahiblərinə xüsusi hədiyyələr də təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub