Mərkəzi Gömrük Hospitalında “İlk fövqəladə vəziyyətlərdə təbabət” fənni tədris edilir
26.09.2022 15:50
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində 2022-ci ilin sentyabr ayından etibarən Mərkəzi Gömrük Hospitalının bazasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri praktiki dərslərin tədrisinə başlayıblar. Müxtəlif fənnlər üzrə dərslər Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının aparıcı mütəxəssisləri tərəfindən aparılır.
 
Aztibb.az xəbər verir ki, bu gün İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri “İlk fövqəladə vəziyyətlərdə təbabət” fənninin tədrisinə başlayıblar. 4 oktyabr tarixinə qədər intensiv olaraq davam edəcək “İlk fövqəladə vəziyyətlərdə təbabət” fənnini altıncı kurs tələbələrinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, toksikoloq İsmayıl Əfəndiyev tədris edir. İsmayıl Əfəndiyev tələbələrə fövqəladə hallarda kəskin kimyəvi maddələrdən zəhərlənmələr, radiologiyaya qarşı müdafiə, müxtəlif fövqəladə hallar zamanı, o cümlədən yanıqlar, partlayışlar, nəqliyyat vasitələrində ilk tibbi yardım, uşaqlara ilk yardım və digər əks-epidemik vəziyyətlərdə ilk tibbi yardımın göstərilməsi barədə danışıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında imzalanmış əməkdaşlıq memorandumu əsasən yerli və regional səviyyəli sertifikatlaşdırılmış tibbi təlim kurslarının, elmi-praktiki tədbir və tədqiqatların, eləcə də rezident və ixtiraçıların təcrübə mübadiləsinin təmin edilməsi üçün birgə tədris proqramlarının həyata keçirilməsi nəzərdə tutur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub