"COVID-19 və hamilələr: infeksiyon nəzarət və profilaktika" mövzusunda - Onlayn seminar
23.09.2020 14:38

Sentyabrın 25-də saat 16:00-da USAID/Azerbaijan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "Ümidli Gələcək" Gənclər Təşkilatının təşkilatçılığı ilə "COVID-19 və hamilələr: infeksiyon nəzarət və profilaktika" mövzusunda onlayn seminar keçiriləcək.

 

Tədbir COVID-19 pandemiyası dövründə ana və uşaq sağlamlığının mühafizəsi və infeksiyaların profilaktikası tədbirlərinin gücləndirilməsi məqsədini daşıyır.

 

Onlayn seminarda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə Siyasəti və Planlaşdırma şöbəsinin müdir müavini Lətafət Dadaşova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası departamentinin əməkdaşı Gülnarə Yusifova, Elmi Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunun cərrah-mama ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Xəyalə Təhməzi, eləcə də bu müəssisənin elmi katibi, tibb üzrə fəlsəfə doktoru, cərrah mama-ginekoloq Aynurə İsmayılova çıxış edəcəklər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib