Azərbaycan aliminin altsheymer xəstəliyinə dair məqaləsi  “Web of Science”a daxil olan jurnalda dərc olunub  
07.09.2022 11:18

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov, Üzvi kimya kafedrasının “Zərif üzvi sintez” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçiləri Fərid Nağıyev və Rizvan Əskərovun həmmüəllifi olduqları “İzatiliden malononitrillər əsasında funksional əvəzlənmiş pirimidin və piran törəmələrinin sintezi və bioloji aktivliyi” adlı məqalə “Web of Science” elmmetrik bazasında Q2 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olan (IF: 2.307) “ChemistrySelect” jurnalında dərc olunub. Bu barədə BDU-dan məlumat verilib.

 

İşdə yeni sintez olunan maddələrin bir çox xəstəliklərin törədicisi olan enzimlərə qarşı inhibitor kimi xassələri tədqiq olunub. Dərmanların bir qrupu asetilxolinesteraz (AChE) inhibitorlarıdır ki, onlardan Altsheymer xəstəliyinə qarşı geniş istifadə edilir.

 

Tədqiqatlarda istifadə olunan pirimidin və piran törəmələrinin AchE, butirilxolinesteraz (BChE) və α-glükosidaz (AG) enzimlərinə qarşı yüksək inhibitor effekti göstərməsi müəyyən edilib. Araşdırmalarda istifadə olunan beş maddədən ikisinin (9 və 4a) anti-AchE, ikisinin (6 və 4b) anti-BchE, ikisinin (4a və 10) isə anti-AG effektləri aşkar olunub.

 

Beləliklə də sınaqdan keçirilən birləşmələrin dərman maddəsi kimi potensial tətbiqə malik olması müəyyən edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub