Azərbaycan aliminin xərçəngin diaqnostikasına dair tədqiqat işi “Web of Science”a daxil olan jurnalda dərc olunub
30.08.2022 14:42

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilovun həmmüəllif olduğu “Xərçəngdə tüpürcək biomarkerləri” (Salivary biomarkers in cancer) adlı elmi iş “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 5.394) “Advances in Clinical Chemistry” jurnalında dərc olunub.

 

Aztibb.az BDU-ya istinadla xəbər verir ki, qeyd olunan elmi işdə xərçəng xəstəliyinin diaqnostikası üçün tüpürcək biomarkerlərinin istifadəsindən bəhs edilir. Tüpürcək kliniki əhəmiyyət kəsb edən biomarkerləri aşkarlamaq üçün istifadə oluna və asanlıqla əldə edilə bilən, qeyri-invaziv və ucuz qiymətə olan nümunədir. Proteomika, transkriptomika, metabolomika və mikrobiomikanı əhatə edən tüpürcək əsaslı “omiks” texnologiyaları sürətlə inkişaf edib, maye biopsiyası və nanoelmdə diaqnostik məqsədlə tətbiq oluna bilər. Analitik üsullardakı irəliləyişlər tüpürcəyin yalnız ağız boşluğundan bütün fizioloji sistemə və müvafiq olaraq fərdiləşdirilmiş təbabətə qədər tətbiq sahəsini artırıb. Bütün bunları nəzərə alaraq, qeyd olunan elmi işdə tüpürcəkdə biomarkerləri müəyyən etmək üçün analitik yanaşmalardakı son nailiyyətlər və onların xərçəngə diqqət yetirməklə diaqnostik, proqnoz və terapevtik markerlər kimi potensial istifadəsi araşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib