Psixi pozuntuları və müxtəlif maddələrin beyinin fəaliyyətinə təsirini öyrənən qurğu hazırlanıb
28.08.2022 11:18

Alimlər beyinin kiçik modelini təqdim edən sistem hazırlayıblar.

 

Aztibb.az bu barədə hightech.fm-ə istinadla xəbər verir.

 

Bildirilir ki, Con Hopkins Universitetinin rəhbərliyi altında tədqiqatçılardan ibarət qrup beyinin işini təqlid edən orqanoidlərin tədqiqi üçün elektroensefaloqrafiya (EEQ) sistemini adaptasiya ediblər. Yeni qurğu beyinin şişlərinin axtarışı üçün istifadə edilən klassik "elektrodlar papağı"nı xatırladır. O, psixi nasazlıqları müəyyən etməyə və müxtəlif maddələrin beyinin işinə təsirinin öyrənilməsində kömək edəcək.

 

Orqanoidlər gövdə hüceyrələrindən böyüdülmüş, orqanların inkişafının öyrənilməsi üçün istifadə olunan mürəkkəb kiçik modellərdir.  Orqanoid mini-beyin isə laboratoriyada böyüdülmüş gövdə hüceyrələrindən ibarət,  beyinin bəzi strukturları və funksiyalarını təqlid edən kürədir.

 

Orqanoidlər, xüsusilə mini-beyinlər, tibbi tədqiqatlarda böyük əhəmiyyətə malikdir, çünki, onları sınaqlar zamanı istifadə etmək mümkündür.

 

Yeni üçölçülü EEQ alimlərə hansı proseslərin orqanoidlərdə müxtəlif kimyəvi reaksiyalara səbəb olduğunu daha yaxşı anlamağa imkan verəcək. Bu, həmçinin daha təhlükəsiz dərmanların hazırlanmasına kömək edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır