Bədənin D vitamini ehtiyacını qarşılayan ən yaxşı mənbə günəşdir
20.08.2022 10:59

Vitamin D-nin kimyəvi adı kalsiferoldur. Uşaqların orqanizminin inkişafında mühüm rol oynayan bu vitamin immunitet sistemini gücləndirməklə yanaşı qanın normal laxtalanmasını təmin edir. İnsan orqanizmində sümük sağlamlığının qorunması üçün D vitamini əvəzsiz rol oynayır.

 

Aztibb.az Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bədənin D vitamini ehtiyacını qarşılayan ən yaxşı mənbə günəşdir. Dəri günəş işığını sintez edir və onu D vitamininə çevirir. Uşaqların D vitamininə tələbatı yaşlılara nisbətən 2-2,5 dəfə çoxdur.


Süd, ayran, kefir, pendir, qatıq, kərə yağı, tuna balığı, qaraciyər, şirin kartof, balıq yağı, cəfəri, gicitkən, yulaf kimi məhsullar D vitamini ilə zəngindir.

 

Vitamin D çatışmadıqda orqanizmdə кalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raхit, yaşlılarda isə osteoporoz хəstəliyi yəni sümük əriməsi probleminə səbəb olur. D vitamini çatışmazlığı insanda ümidsizlik, depressiya hallarına, sümük ağrılarına, tez-tez soyuqdəymə xəstəliklərinə səbəb olur, xroniki yorğunluq yaradır. Eyni zamanda bu vitaminin çatışmazlığı zamanı dəri, saç və dırnaqların vəziyyəti pisləşir, immun sistemi zəifləyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib