Naxçıvan Dövlət Universiteti hərbi tibb ixtisası üzrə əlavə sənəd qəbulu elan edir
20.08.2022 10:55

Naxçıvan Dövlət Universiteti hərbi tibb ixtisası üzrə əlavə sənəd qəbulu elan edir.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırkı sənəd qəbulunda aşağıdakı kateqoriyalara aid şəxslər iştirak edə bilərlər:


1. IV ixtisas qrupu üzrə cari qəbul imtahanlarında (buraxılış+blok) iştirak edib 300 və daha çox bal toplamış, mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşdan 23 yaşadək kişi cinsli hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və hərbi vəzifəlilər;
2. Azərbaycan Tibb Universitetinin hərbi tibb ixtisasına sənəd vermiş və həkim komissiyasından keçmiş, qəbul imtahanlarında (buraxılış+blok) 300-dən yuxarı bal toplamış abituriyentlər.

 

Müsabiqədə iştirak etmək üçün abituriyentlər Naxçıvan Dövlət Universitetində hərbi tibb ixtisasına qəbul üçün yaradılmış komissiyaya avqustun 19-dan 24-dək ərizə ilə müraciət edə bilərlər. Abituriyentlər ərizə formasını yazdıqdan və şəxsən imzaladıqdan sonra, notarial qaydada təsdiq olunmuş formasını PDF variantda admin@ndu.edu.az ünvanına göndərməlidirlər:

 

Ünvan: Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti, Əsas bina
Naxçıvan Dövlət Universitetində “Hərbi tibb” ixtisasına qəbul üçün yaradılmış komissiyanın əlaqə nömrələri: (00994) 503004280, (00994) 602088800

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub