Zəif qan dövranı ürək çatışmazlığının yaranmasına yol açan səbəblərdəndir
17.08.2022 11:35
Zəif qan dövranı ürək çatışmazlığının yaranmasına yol açan səbəblərdəndir. Səhhətinizdəki ciddi problemləri aradan qaldırmaq və ürək fəaliyyətini qaydaya salmaq üçün mütləq qan dövranımızın yaxşı olmasına fikir verməliyik.
 
Bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev öz feysbuk sosial səhifəsində paylaşım edib.
 
Uzman həkim qan dövranının yaxşı olması üçün nə etməli olduğumuzu bildirib:
 
- Aktiv olmaq lazımdır. Hər gün yarım saat yerimək və 15 dəqiqə qaçmaq, tənbəllik etməyib pilləkənlərdən istifadə etmək də buna daxildir;
- Siqaretə, artıq çəkiyə və stressə yox demək;
- Hərəkətsiz və oksigensiz qalmamaq;
- Sağlam qidalanmaq və yanlış olan yemək vərdişini dəyişmək.
 
Onun sözlərinə görə, qapalı məkanlar, daimi oturaqlı iş, yəni oksigen çatışmazlığı qan dövranının zəifləməsinə gətirib çıxarır.
 
"Rasionunuzda bütün taxıllar, vital yağ turşuları-somon, sardina, avokado, zeytun yağı, qoz, balqabaq toxumu, çiyələk və sitrus meyvələri, pomidor, qara kələm, brokoli, ispanaq, yumurta, adaçayı kimi qidalar yer alsın", - deyə Cabir Gülmalıyev əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib